bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dünyanın iki ən böyük yəhudi təşkilatından azərbaycanlılara dəstək

25-07-2020, 15:26 1 278 dəfə baxılıb

Dünyanın iki ən böyük yəhudi təşkilatından azərbaycanlılara dəstək
ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzi (SVM) və Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles nümayəndəliyi 21 iyul tarixində Baş Konsulluq qarşısında erməni daşnakları tərəfindən azərbaycanlı icma üzvlərimizə qarşı həyata keçirilən vəhşilikləri pisləyib.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan Anews.az-a verilən məlumata görə, yayılan açıqlamalarda azərbaycanlı icma üzvlərimizin zorakı hücumlara məruz qalması qınanılıb və bunun qəbuledilməz olduğu bildirilib. Eyni zamanda, Los Anceles Polis İdarəsinə nifrət zəminində törədilmiş həmin cinayətlərin düzgün şəkildə araşdırılması ilə bağlı çağırış edilib.

Qeyd edilir ki, azərbaycanlılara qarşı erməni daşnakları tərəfindən zorakılığın törədilməsindən dərhal sonra Los Ancelesdəki Baş Konsulluğumuz uzun müddətdən bəri dostluq münasibətləri saxladığı ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarını bu cinayət barədə dərhal məlumatlandıraraq, fərqli millətlərin yaşadığı Los Anceles kimi şəhərdə etnik nifrət zəmnində belə bir vəhşiliyin törədilməsinin qətiyyətlə pislənilməsinin vacibliyini bildirmişdi. Nəticədə sözügedən yəhudi təşkilatları bu bəyanatlarla çıxış edərək Azərbaycan ilə həmrəylik nümayiş etdirib.

Baş Konsulluq daşnakların bu vəhşiliyinə ABŞ ictimaiyyətinin diqqətinin cəlb edilməsi istiqamətində tədbirlərini davam etdirir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930