bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azay Möhnətov : Qurucu insan yaxud bir ömrün ziyasından doğan işığın həqiqi üzü

1-11-2023, 15:41 35 dəfə baxılıb



Bir insanın daxili aləminin bütün məziyyətləri, mənəvi-əxlaqi keyfiyyətləri, ruhundan qəlbinə bal kimi süzülən hiss,həyəcan və duyğuları,fikrləri,düşüncə tərzi,xarakterik xüsusiyyətlərini təcəssüm etdirən ştrix,detalları,ən kiçik zərrə şəklində onun simasında doğru,düzgün öz əksini tapır.
Bu cizgilərdə toplanaraq, şəkillənən həmin keyfiyyətlər,insanın əsl simasını, hansı əməlin sahibi olduğunu bildirir.
Bu yazımızda həmin insanlardan biri,- daxili aləminin nəcibliyi ilə üz cizgilərindəki səmimiyyətin vəhdətindən yaranan bütövlüyün,tamlığın,bütün insani keyfiyyətlərin məcmusunu mənəvi-əxlaq dəyərlər kriteriyasında etalon kimi qoruyub saxlayan,hörmətli və nəcib şəxsiyyət,əsl ziyalı,doğru-dürüst, sadə, səmimi, gülərüz,mehriban,əsl vətəndaş layiqli vətən oğlu Azay Möhnətovun portretini olduğu kimi təqdim etmək istəyirik.
Azay Möhnətov ,- özəl sektorun inkişafında, əsl biznes mühitinin formalaşmasında böyük və əvəzsiz xidmətləri olan, ölkədə sahibkarlıq ənənələrinin ilk təməl daşını qoyanlardan birincidir desək səhv etmərik.
Bu üzdən də tanınmış iş adamı, xeyriyyəçi əməlləri ilə yadda qalan, uğur formulunun yaradıcısı,nüfuzlu ictimai xadim, “Uğur97 “ şirkətinin prezidenti Azay Möhnətov və onun gördüyü işlər haqqında bir neçə kəlmə xoş söyləməyi özümüzə vətəndaşlıq borcu bilirik.
İnsan doğulduğu mühitin övladıdır; onun sonrakı həyat mərhələlərindəki bütün fəaliyyəti elə həmin mühitin ab-havasından ruhuna hopmuş hiss və duyğuları ilə formalaşır, məzmun səciyyəsi almağa meyillənir.
Həm də insanın əsl şəxsiyyət kimi yetişməsində zamanın da böyük və əhəmiyyətli rolu olur.Çünki insan zamanla şəxsiyyətə çevrilir.
Əlbəttə ki,daxili aləminin daha alt qatındakı keyfiyyətləri zamanla çulğaşaraq,onun bütöv insan kimi yetişməsində, sağlam təfəkkür,doğru,düzgün məntiqi düşüncə,dolğun təxəyyül sahibi olmasında böyük rol oynayır və o,həqiqi şəxsiyyət statusu alır.
Azay müəllim də,ömrün ən dəyərli anlarını doğurdan da əsl insan,əsl şəxsiyyət olmaq üçün yaşayıb desək, hədəfimizə elə doğru, dürüst çatarıq.
Onun daxili aləminin portretini cızarkən,doğurdan da əsl insana xas bütün xüsusiyyət və məziyyətlərin bu cizgilərdə necə də əks olunduğu,ən xırda detal və ştrixlərin Azay müəllimin daxili aləminin ən dərin qatından baş qaldırdığının,cilalanıb sahibinə əsl qiymətin verilməsi üçün necə də təşnələnməsinə şahid olursan.
Doğurdan da insana onun layiq olduğu dəyəri verəndə,həmin dəyərin çəkisinin ağırlığı, əqiqindən nə qədər çox baha və ağır gəldiyini görürsən.
Azay müəllim də,dəyərinin və sanbalının çəkisi çox ağır gələn insanlarımızdan, çox peşəkar və qurucu iş adamlarımzdandır.
Bu insanın keçdiyi həyat yoluna avtobioqrafik nəzərə saldıqda, doğurdan da onun bu günə kimi layiqli bir ömür yaşadığına bir daha əmin olursan; beləki, Azay Möhnətöv, Azərbaycanda özəl sektorun və sahibkarlığın ilk təməl daşını qoyan uğurlu iş adamlarındandır.
"Uğur-97" tikinti şirkətini də məhz o, 1997-ci ildə qurmuşdur.
O, ”Uğur97 “ kompaniyası ilə parallel, həm də “Af Holdinq”Şirkətlər Qrupun, "AF Hotel & Aqua Park " ın da Prezidenti kimi bu təsisatlara uğurla rəhbərlik edir.
Tikinti şirkəti fəaliyyətinin ilkin dövründə əsasən istehsal sexləri, ofis və mağazaların tikilməsi ilə məşğul olub. 1998-ci ildən başlayaraq isə, şirkət aktiv olaraq Bakı şəhərinin inşaat biznesinə qoşulmaqla, doğurdan da adı kimi istədiyi uğurlara imza atmaqa başlayır.
Beləcə, qısa müddət ərzində "Uğur-97" şirkəti tərəfindən Bakıya gözəllik və füsunkarlıq gətirən "lüks" dərəcəli yaşayış binalarının tikintisinə start verilir.
İlk nəticələr çox uğurla alınır və şəhərin panoramasına, tarixiliyin avanqard üslubla vəhdətindən doğan bir möhtəşəmlik qatılır.
Şəhərin R. Behbudov küçəsindəki 9, 10, 16 və 18 mərtəbəl tikilmiş 3 ev və 2001-ci ildə Milli Bankın yaxınlığında Ş. Bədəlbəyli küçəsində ucaldılmış 19 mərtəbəli bina buna misaldır.
Planlaşdırılmış 19 mərtəbəli 3 evlərdən birininisə , Bakı Dövlət Sirkinin yaxınlığında tikilişi artıq başa çatmışdır. Bunlar əsasən divarları kərpiclə quraşdırılmış karkas evlərdir.
Karkas isə betondan tökülmədir. Evlər, ümumi sahəsi 150-dən 224 m2 kimi olan 3 və 4 otaqlı mənzillərdən ibarətdir. Bunlar paytaxtın ən yaxşı rayonlarında yerləşən, yüksək keyfiyyətə cavab verən seçmə evlərdəki mənzillərdən sayılır.
Şirkətin layihələrinin müvəffəqiyətinə səbəb, onların Hacı Murad Şuqayev kimi, Azərbaycanın əməkdar memarı adına layiq görulmuş müəlifindədir.
Bunu da xatırlamaq yerinə düşəndir ki, memarlıq sahəsində bir neçə beynəlxalq mükafat almış Hacı Murad Şuqayev, Moskvada keçirilmiş "Zodçestvo -2001" beynəlxalq festivalında 1-ci dərəcəli diploma layiq görulmuşdur.
Bu binalar məhz "Uğur-97" şirkətinə xas olaraq xüsusi tərzdə tikilib və bir-birini tamamlayaraq özünəməxsus, memarlıq xüsusiyyətlərinə malikdirlər.

"Uğur-97" şirkətinin yerinə yetirdiyi inşaat işləri yalnız ev tikilişini yox, həmdə bütövlukdə tam bir yaşayış kompleksini təşkil edir;beləki binalarda rahat yaşayış üçün tam şərait təşkil olunmuş, həmçinin layihədə ətraf sahələrin yaşıllışdırılması və abadlaşdırılması, elədəcə qarajlar, supermarket, cəmaşirxana və sair məişət xidmətləri, qabaqcadan nəzərdə tutulmuşdur.
Bu cür tikiliş dünya təcrübəsinə əsaslanaraq yerinə yetirilir. Misal üçün, R. Behbudov küçəsindəki yaşayış kompleksində, binaların birinin altında, uzunluğu 25 m olan örtülü su hovuzu, kişilər və qadınlar üçün trenajor zalları, masaj otaqları, sauna, bərbərxanaları, uşaqlar üçün nəzərdə tutulmuş hovuzu, restoranı, kafesi və s. olan "AQUA PARK" ailəvi əyləncə-sağlamlıq mərkəzi tikilmişdir.

"Uğur-97"-nin layihələri Bakının ümumi memarlıq planına tam uyğun olaraq inşa edilir. Material və layihələrin hamısı, layihə institutlarında və muvafiq dövlət orqanlarında ekspertizadan keçirilərək lazım olan sertifikat və lisenziyalarla təmin olunurlar. Binalar 9-ballıq zəlzələyə qarşı seysmik davamlılığa malikdirlər.
Onuda nəzərə almaq lazımdır ki, "Uğur-97" şirkətinin başqa yerli tikinti şirkətlərindən fərqləndirici cəhəti odur ki, burada yüzlərlə yerli mütəxəssislər çalışırlar, həmçinin tikiniti üçün yerli materiallardan istifadə olunur.
Şirkət iqtisadiyyatın neft sahəsində ən nəhəng vergiödəyicilərindən biridir. Bununla da şirkət yerli sahibkarlığın və milli iqtisadiyyatın inkişafına təkan verir.
Bunu da demək lazımdır ki, "Uğur-97" şirkəti, bu günə kimi fəal surətdə, xeyriyyəçilik və sponsorluqla da məşğul olur.
Hələ qarşıda daha böyük və möhtəşəm layihələrin gerçəkləşməsi nəzərdə tutulur. Reallaşdırılacaq layihələrin tərkibində,- uşaq bağçasının, məktəb və idman kompleksinin tikilməsi planlaşdırılır.
Bütün bunları “Uğur97 “Tikinti Şirkətinin gələcək uğurları üçün düşünülmüş növbəti platformaların davamı kimi də qiymətləndirmək lazımdır.

Əlbəttə ki, bütün qazanılan bu uğurların əsas memarı və ideya daşıyıcısı, milli sahibkarlığın ilk təşkilatçısı, respublikda işgüzar mühitin yaradıcılarından biri kimi tanınan Azay Möhnətovdur.
O, sadəcə sahibkar və iş adamı deyil, həm də biznes qurucusu və blicisidir. Zamanın işgüzarlıq üçün nəbzini tutmağı bacaran, onu mühitə və məkana uyğun yönləndirməyi bacaran beyin adamıdır.
Bu gün doğurdan da, bu tip xarakterik xüsusiyyətlərə malik, milli inkişaf konsepsiyasının ideya daşıyıcılarına böyük ehtiyac duyulandır.
Azay Möhnətov,- bu keyfiyyətləri daxili aləmində etalon kimi qoruyub saxlayan, onu yeri gəldigcə ölkəmizin milli maraqları üçün əzmlə sərf edən, milli ruhu və milli siması olan əsl Azərbaycanlıdır.
Bu da haqqında danışdığımız insanın bu günə qədər keçib gəldiyi şərəfli və doğru,düzgün həyat yolunun zəngin çalarlarla dolu avtobiqrafiyası.
İnsan doğurdan da əməlləri ilə tanınır,sevilir, hörmət,nüfuz sahibi olur,xalqının gözündə ucalır,əziz tutulur,vətəndaşı olduğu ölkənin inkişafı üçün bütün səy və bacarıqlarını əsirgəmir,gördüyü işlərlə daim diqqət mərkəzində olur,dövlətin etimadını qazanır,ona tapşırılan işlərin öhdəsindən bacarıqla gəlir,sınaqından əsl şəxsiyyət kimi çıxır,vətən qarşısındakı sədaqət və dönməzliyi daim qiymətləndirilir.
Azay müəllim bax belə insanlarımzdan, özəl sektorda öz yeri, çəkisi və sözü olan sanballı iş adamlarımızdan, Azərbaycanda tikinti sahəsi üzrə sayılan sahibkarlardandır.

Onun hələ yaşamaq,quruculuq şövqü, mayası torpaqla yoğrulan ruhundadır.
Bu şövq,bu gümrahlıq duyğusu Azay müəllimin bundan sonrakı ömür mərhələlərində də onun xalqı,vətəni,dövləti üçün yaşamaq təşnəsinə stimul verən amillərdəndir.
Səsiniz bundan sonra da gur, şaqraq gəlsin;dəyərli,işıqlı,qurucu insan(!)





E. Seyidzadə






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930