bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Alimlər antibiotiklərin əksəriyyətinin uşaq xəstəliklərinə qarşı təsirsiz olduğunu müəyyən edib

2-11-2023, 08:31 2 dəfə baxılıb




Avstraliyanın Sidney Universitetinin alimləri müəyyən ediblər ki, uşaqlıqda ümumi infeksiyaların müalicəsində uzun müddət istifadə edilən bir çox antibiotiklər davamlı bakteriyaların yayılması səbəbindən artıq təsirsizdir.

“Report” xəbər verir ki, araşdırmanın nəticələri “The Lancet Regional Health – Southeast Asia” jurnalında dərc olunub.

Mütəxəssislər 11 ölkədən 6,6 mindən çox bakteriya növünün antibiotiklərə həssaslığına dair məlumatların əks olunduğu 86 tədqiqatın nəticələrini təhlil ediblər.

Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyə etdiyi bir çox antibiotiklər uşaqlıq infeksiyalarının: sətəlcəm, sepsis (qan infeksiyası) və meningit (beynin selikli qişasının iltihabı) müalicəsində 50 %-dən az effektivdir.

Araşdırma müəllifləri deyir ki, yeni antibiotiklərin yaradılması üçün daha çox səy göstərilməlidir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031