Avropa Rusiya ilə sülhə can atır: Resurslar tamamilə tükənib
Qərb ölkələri hazırda zəif vəziyyətdədir və Ukraynada sülhə can atırlar.
Publika.az xəbər verir ki, bu barədə iqtisadçı Filip Pilkinqton bildirib. O, bu barədə Britaniyanın “UnHerd” portalındakı məqaləsində yazıb.
Ekspert Qərblə danışıqları Rusiya üçün mənasız adlandırıb və Rusiya ordusunun mühüm strateji sahələrdə irəlilədiyini vurğulayıb.
“Qərb liderləri geosiyasət haqqında sanki 2023-cü il deyil, 1823-cü ildəki kimi düşünürlər və onların dünya səhnəsinə təsiri gözümüzün qabağında əriyir. İndi hərbi variantlar tükəndiyinə görə onlar sülh istəyirlər, lakin zəif mövqedədirlər”.
Pilkinqton əlavə edib ki, Ukrayna münaqişəsi Avropa iqtisadiyyatını zəiflədib. “Artan enerji qiymətləri “Köhnə Dünya”nın istehsal bazasını darmadağın etdi və qlobal bazarda rəqabət apara bilmədi. Qərb Kiyevə kömək etmək üçün az qala bütün resurslarının itirib”, - iqtisadçı bildirib.