bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Türkiyəli memar: “Erməni vandalizminin təsirinə məruz qalan abidələrin bərpası çətin prosesdir”

25-11-2023, 09:27 0 dəfə baxılıb




“Şuşa simpoziumunun ən böyük əhəmiyyəti bu qədim şəhərdə tarixi abidələrin bərpasına töhfə vermək, ideya, fikir mübadiləsi aparmaqdır. Biz bu əsərləri dirçəltməli, əvvəlki görkəminə qaytarmalı, bir sözlə, silinmiş səhifəni yenidən yazmalıyıq”.

Bunu AZƏRTAC-a müsahibəsində Türk dünyası memarlarının Şuşa simpoziumunun iştirakçısı, Türkiyənin Memar Sinan Universitetinin Gözəl sənətlər fakültəsinin dekanı, bərpaçı memar Rümeysa Raqsana Hasanzadə deyib.

Bərpaçı-ekspert 14 ildir ki, Türkiyədə tarixi abidələrin bərpası sahəsində çalışdığını, hazırda bərpa işləri üzrə fəaliyyətini Özbəkistanda davam etdirdiyini diqqətə çatdırıb.

“Tarixi abidələrimizi bərpa etməklə, yaddaşımızı da geri qaytarırıq. Düşünürəm ki, Türk dünyası memarlarının təcrübəsi Şuşadakı tarixi abidələrin irsini qorumaqla, əvvəlki vəziyyətinə qaytarılmasına imkan verəcək”, - deyə Rümeysa Raqsana Hasanzadə bildirib.

Onun sözlərinə görə, işğaldan azad olunan ərazilərdə erməni vandalizminin təsirinə məruz qalan hər bir abidənin bərpası çətin prosesdir və dəqiqlik tələb edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930