Avropada anti-İslam hücumları artır
Avropada ifrat sağçı partiyaların artması müsəlmanları narahat edir.
Publika.az xəbər verir ki, xüsusilə Almaniya, Avstriya və Hollandiyada son sorğularda ifrat sağçı partiyaların 25 faizdən çox səs topladığı görünür.
Almaniya Federal Daxili İşlər Nazirliyinin sözçüsü Britta Beylaj-Harmann "TRT Almaniya" nümayəndəsinə verdiyi açıqlamada ölkə daxilində müsəlmanlara qarşı zorakılıqların 87 faizinin sağçı ekstremistlər tərəfindən törədildiyini bildirib.
Zorakılıq xarakterli cinayətlərin 80 faizinin fiziki xəsarətlə bağlı olduğunu deyən nazirlik sözçüsü, onların demək olar ki, hamısının sağçı ekstremistlər tərəfindən törədildiyinə diqqət çəkib.
Xatırladaq ki, Almaniyanın Federal Daxili İşlər Naziri Nensi Fezer müsəlmanlara qarşı cinayətlərin rəsmi rəqəmlərdən qat-qat çox olduğunu demişdi.