bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paşinyan çıxılmaz durumda - Qərb tələb edir: Ən yaxın adamını “rus casusu” adlandır və qov

2-12-2023, 15:36 1 dəfə baxılıb






Bəzi məlumatlara görə, bir sıra Qərb ölkələri və strukturları Nikol Paşinyandan daxili işlər naziri Vahe Qazaryanı “rus casusu” hesab edərək, vəzifəsindən azad etməyi tələb edirlər.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Məsələ burasındadır ki, son aylarda Ermənistan hökumətinin yüksək rütbəli məmurları KTMT və MDB-nin demək olar ki, bütün tədbirlərini nümayişkaranə şəkildə rədd etdikləri halda, sentyabrda Vahe Qazaryan MDB iştirakçısı olan ölkələrin Daxili İşlər Nazirləri Şurasının növbəti iclasında iştirak edib.

Rəsmi dairələrdəki mənbələr bildiriblər ki, Paşinyan Qərbin bu tələbinə qarşı müqavimət göstərir. Çünki Vahe Qazaryan onun sinif yoldaşıdır və onun etibarından bəhrələnir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031