bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paris "Sezar"ları İrəvana göndərir: sərhəddə hücuma hazırlaşırlar?

4-12-2023, 11:00 1 dəfə baxılıb



Fransa Senatı “Sezar” artilleriya sistemlərinin Ermənistana tədarükü məsələsinin tezliklə öyrənilməsini tövsiyə edib. Bu, Parisin İrəvana hücum silahlarını göndərmək hazırlığından xəbər verir.

Fransa Ermənistanı “Azərbaycan hücum edəcək” iddiası ilə silahalandırmağa başladı və göndərilən silahların “müdafiə xarakteri” daşıdığını, “heç bir ölkəyə qarşı yönəlmədiyini” bəyan etdi: “Bastion” hərbi maşınların, GM-200 radar sistemləri və Mistral zenit-raket komplekslərinin tədarükü də “müdafiə” adı altında həyata keçirildi;

Hərçənd, bunun başlanğıc olduğu və ardınca hücum silahlarının göndəriləcəyi gözləntisi vardı. Çünki Bakının Qarabağda erməni separatizmi ləğv etməsi və Zəngəzur dəhlizinə marağının qalmadığını bildirməsi, eləcə də sülh danışıqları fonunda “Azərbaycanın Ermənistana hücum edəcəyinin” məntiqi izahı da yoxdur. Bu iddiaların hədəfi bəllidir:

- Ermənistanı silahlandırmaq üçün əsasın yaradılması;
- Azərbaycana qarşı mümkün təxribat ssenarisində öncədən “alibi” yaratmaq;

Fransanın Ermənistana “Sezar” tanklarını göndərməsinin gündəmə gəlməsi bu kontekstdə diqqətəlayiqdir. Parisə Ermənistanda Rusiyanın yerini tutmaq üçün yeni eskalasiya lazım olacağı istisna deyil. Ki, bu esakalsiyanın yeganə platforması Azərbaycanla sərhəddir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930