bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

2023-cü ildə işğaldan azad edilmiş ərazilərə nə qədər ailə köçürülüb?

8-12-2023, 14:00 2 dəfə baxılıb




2023-cü ilin bitməsinə artıq sayılı günlər qalıb.

Bu il Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə əhalinin qayıdışı ilə bağlı bir çox hadisənin şahidi olduq.

Zəngilan rayonunun Ağalı kəndindən başlayan Böyük Qayıdış Laçın, Füzuli, Tərtər rayonlarının da azad edilmiş kəndləri ilə davam etdirildi.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təkcə 2023-cü ilin 11 ayı ərzində ümumilikdə 901 ailə, yəni 3 516 nəfər öz dədə-baba yurduna qaytarılıb.

Yola saldığımız ildə Füzuli şəhərinə 308 ailə (1 106 nəfər), Laçın şəhərinə 363 ailə (1 389 nəfər), Zəngilan rayonu Ağalı kəndinə 109 ailə (545 nəfər), Laçının Zabux kəndinə isə 121 ailə (476 nəfər) köçürülüb.

44 günlük Vətən müharibəsinin bitməsindən 2023-cü ilin dekabrına qədər isə işğaldan azad olunmuş ərazilərə ümumilikdə 987 ailə (3 932 nəfər) köçürülüb.

Baş nazir Əli Əsədov isə parlamentin dekabrın 5-də keçirilən plenar iclasında çıxışı zamanı 2023-cü ilin sonunadək əlavə olaraq 215 ailənin də doğma yurduna köçürüləcəyini vurğulayıb.

Baş nazir bildirib ki, 2026-cı ilədək 34 500 ailənin və ya 140 min vətəndaşımızın köçürülməsi nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930