bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakının Qarabağ zəfərindən sonra Paşinyan yeni plan hazırlayır - DETALLAR

14-12-2023, 12:06 0 dəfə baxılıb






Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinin keçirilməsi qərarına gəlib.

Publika.az xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzet qeyd edir ki, Azərbaycan Qarabağda tam qələbə qazandıqdan sonra Paşinyan Ermənistan daxilində gərginliyi azaltmaq məqsədilə növbədənkənar seçkilərə getmək niyyətindədir: “Paşinyan bununla bir neçə məsələni eyni anda həll etməyi düşünür. Birincisi, mövcud narazılığa baxmayaraq, səlahiyyətlərini növbəti dəfə uzadacaq və legitimləşdirəcək. İkincisi, özünə yaxın siyasi qüvvələri parlamentə gətirəcək”.

Qəzet yazır ki, Paşinyan son vaxtlar partiyanın idarə heyəti, eləcə də regional fəallarla tez-tez görüşür.

“Bu görüşlərdə həm də növbədənkənar seçkilərin müzakirə edildiyi haqda məlumatlar var. Paşinyanın əsas hədəflərindən biri də partiya daxilində gələcəkdə ona əngəl olacaq şəxslərdən yaxa qurtarmaq, onları əvəzləməkdir”, - qəzet yazır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031