“Qərb Rusiyanı parçalamaq, özünə tabe etmək istəyir” – Putin
“Qərb dövlətləri belə böyük Rusiyanın lazım olmadığına inanaraq onu parçalamaq, özünə tabe etmək istəyirlər”.
Turantv.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalının efirində deyib.
“Reallıq belədir və sonralar mən buna 100% əmin oldum ki, Sovet İttifaqı dağılandan sonra (Qərb siyasətçiləri) fikirləşdilər ki, biz bir az səbirli olmalıyıq, indi Rusiyanı tamamilə çökdürəcəyik”, – Putin deyib.
O əlavə edib ki, Avropa siyasətçilərinin fikrincə, belə böyük ölkə – dünyanın ən böyük ərazisi və digər Avropa ölkələri ilə müqayisədə kifayət qədər çox əhalisi olan ölkə ümumiyyətlə lazım deyil:
“ABŞ-nin tanınmış siyasi xadimi, Bjezinskinin (ABŞ prezidenti Zbiqnevin keçmiş müşaviri) təklif etdiyi kimi, onu beş yerə bölmək və bu hissələri ayrıca tabe etmək, həmçininə resurslarından istifadə etmək daha yaxşıdır”.