bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Müharibə veteranlarının müavinəti niyə artırılmadı?

21-12-2023, 08:30 4 dəfə baxılıb






Qarabağ müharibəsi iştirakçılarına verilən 80 manat müavinətin artırılması ilə bağlı məsələlər ictimaiyyətin maraq dairəsindədir. Milli Məclisdə də bu mövzu tez-tez müzakirəyə çıxarılır, lakin artım müşahidə edilmir.

Publika.az xəbər verir ki, məsələ ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vahid Əhmədov qeyd edib ki, bəzi məsələlər müzakirəyə çıxarılsa da, sona çatdırmaq mümkün olmur:

“İştirak etdiyimiz iclasda həmin məsələ qaldırıldı. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara əsasən bir insanın nəqliyyat, kommunal və s. xidmətlərinin ümumilikdə 62 manat təşkil etdiyini və 80 manatın normal məbləğ olduğunu qeyd etdi.

Lakin burada məsələ bir insandan getmir. Ailə başçısının işləməmə ehtimalı da ola bilər. Bu zaman ailə üçün məbləğ müəyyən edilməlidir. Beləliklə mövzuya baxılacağı deyilsə də, açıq formada qaldı”.

Deputat vurğulayıb ki, 2024-cü ilin dövlət büdcəsi qəbul olunarkən həmin mövzu arxa planda qaldı:

“Hesab edirəm ki, sözügedən məsələ həllini tapmalıdır. Qələbəni bəxş edən insanların aylıq müavinətini 80 manat əvəzinə, yaşayış minimumu səviyyəsinə çatdırmalıyıq ki, problem olmasın. Doğrudur, müharibə veteranlarının siyahısında da müəyyən problemlər var, amma bunlara da nəzarət etmək mümkündür”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930