bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İki ildir İrəvanda girov saxlanılan amerikalının başına gələnlər - Film kimi olay

22-12-2023, 12:33 0 dəfə baxılıb

İki ildir İrəvanda girov saxlanılan amerikalının başına gələnlər - Film kimi olay


2017-ci ildə Rusiyada işləyən amerikalı Erik Tomas Kremer narkotik saxlamaqda ittiham olunub. Siqaret almaq üçün evdən çıxarkən polis onu saxlayıb, yalnız bir gün sonra heç bir açıqlama vermədən buraxıb. Publika.az xəbər verir ki, Kremer daha sonra ölkəni tərk edib. 2021-ci ildə o, Rusiyadan olan sevgilisi ilə görüşmək üçün Ermənistana gəlib, lakin artıq sərhəddə ona geri dönə bilməyəcəyi barədə xəbərdarlıq edilib. Məlum olub ki, məhdudiyyətlər Kremerin Rusiyada qiyabi həbs edilməsi və dövlətlərarası axtarışa verilməsi ilə bağlı olub. Eyni zamanda, Ermənistan Kremeri ekstradisiya etmir (Rusiyanın deportasiya tələb edib-etmədiyi məlum deyil), lakin erməni polisi onunla nə edəcəyini anlamır. İki ildir Ermənistanı tərk edə bilməyən amerikalının hekayəsini "Mediazon"a danışıb.

Erik Tomas Kremer Rusiyaya ilk dəfə 2005-ci ildə 18 yaşlı tələbə kimi gəlib. O, İrkutsk Dövlət Texniki Universitetində ingilis dili müəllimi kursuunu bitirir. Bir neçə il sonra ABŞ-da dilçi dərəcəsi aldıqdan sonra Kremer rəsmi olaraq Rusiyaya işləməyə gəlir . Əvvəlcə xarici dil məktəbləri şəbəkəsində, 2015-ci ildən isə Moskva Fizika və Texnologiya İnstitutunda Dil Tədrisi və Test Mərkəzində işinə davam edir.

2017-ci il aprelin 12-nə keçən gecə siqaret almağa çıxan Kremer Moskvada küçədə polis tərəfindən saxlanılıb və sənədləri tələb edildikdən sonra zorla maşına mindirilib. Onu "çardaq" adlandırdığı müəyyən bir otağa gətiriblər və üzərindən tapıldığı iddia edilən “iki kisə folqa”nı göstərərək narkotik maddə saxlamaqda ittiham ediblər. Kremerin sözlərinə görə, polis ona qışqırıb, bir dəfə başına silah dayayıb və onu buraxmaq üçün 500 min rubl tələb edib. Özü isə dönə-dönə üzərində narkotik olmadığını iddia edib.

Səhər saatlarında Kremer polis bölməsinə, daha sonra başqa yerə (o hesab edir ki, bu, Lefortovo istintaq təcridxanası idi) aparılıb, ertəsi gün səhər saatlarında oradan bölməyə qaytarılıb və nəhayət, axşam saatlarında həbs olunmadan sərbəst buraxılıb. İki həftə sonra Kremer tanıdığı vəkilin məsləhəti ilə Rusiyanı tərk edib və Ohayoya, evinə qayıdıb.

Özü getsə də Kremerin keçmiş arvadı və oğlu və yeni sevgilisi Rusiyada qalır. 2021-ci ilin sentyabrında Kremer Gürcüstanda sevgilisi ilə görüşür və onlar Ermənistana getmək qərarına gəlirlər. Keçid məntəqəsində sərhədçilər Kremerin pasportunu götürərək heç nə izah etmədən onu İrəvandakı vağzala aparıblar. Orada onu erməni dilində müəyyən bir sənədi imzalamağa məcbur ediblər. O, bundan imtina edib və yenidən keçid məntəqəsinə aparılıb. Ona xəbərdarlıq ediblər ki, bundan sonra Ermənistanı tərk edə bilməyəcək, çünki Rusiya onu axtarışa verib.

Kremer sevgilisi ilə İrəvana gedib. Orada ABŞ səfirliyi ilə əlaqə saxlayıb, lakin onlar ona kömək edə bilməyəcəklərini bildiriblər.

Bir ay sonra Kremer İrəvandan ABŞ-a uçmağa cəhd edib, lakin hava limanının nəzarət-buraxılış məntəqəsində saxlanılıb. Ona kömək edən erməni vəkil yerli polislə danışıb və Kremerin “heç yerə uça bilməyəcəyini” deyib. Həmin gün Rusiyada Kremer narkotik saxlamaqda qiyabi ittiham olunub və üç həftə sonra o, dövlətlərarası axtarışa verilib.

Noyabrın ortalarında məhkəmə qiyabi həbs qərtarı çıxarıb, sonra bu qərar ləğv edilib. Lakin Daxili İşlər Nazirliyi yenidən həbsə nail olmağa çalışıb və nəhayət, 2022-ci ilin oktyabrında məhkəmə Kremeri qiyabi olaraq yenidən həbs edib. Eyni zamanda, TASS dövlət agentliyi iş materiallarına istinadən yazdığı xəbərdə qeyd edib ki, Kremer 2017-ci ildə həbs olunarkən təqsirini etiraf edib və həmin yeri tərk etməmək barədə yazılı öhdəlik alıb, lakin sonradan o, “istintaqdan yayınıb”.

Bundan əlavə, TASS-ın yazdığı kimi, Kremerin evində axtarış aparılıb.

Ermənistanda Kremerin vəkilinin sözlərinə görə, onun müdafiə etdiyi şəxsin heç bir prosessual statusu yoxdur. O, Ermənistan Daxili İşlər Nazirliyindən cavab alıb və bildirilib ki, Kremerin ölkədən çıxışına qoyulan məhdudiyyətlər onun axtarışı ilə bağlıdır, lakin Ermənistanda sərbəst hərəkət edə bilər. Vəkilin sözlərinə görə, o, hazırda Kremerin Rusiyaya ekstradisiyasının olub-olmadığını öyrənməyə çalışır. O bildirib ki, yerli polis sadəcə olaraq amerikalı ilə nə edəcəyini bilmir. Adının açıqlanmasını istəməyən rusiyalı vəkil "Mediazon"aya bildirib ki, axtarış elanı adətən ekstradisiya sorğusu ilə müşayiət olunur. Bunun Kremerin işində edilib-edilmədiyi məlum deyil.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930