NATO ölkələri arasında Ukraynada sülhməramlı missiya ideyasına dəstək artır
NATO-ya üzv ölkələr arasında Ukraynaya sülhməramlı yeridilməsi fikrinə dəstək artıb.
Bu barədə Polşanın baş naziri Mateuş Moravetski bildirib.
“Biz artıq kütləvi informasiya vasitələrindən son bir neçə gündə xəbər tutduq ki, Danimarka və Litvadan müsbət reaksiyalar verilib. Bu gün mən deyə bilərəm ki, digər üzv dövlətlər də razılıq verib, ancaq onlar da həmçinin NATO-dan müəyyən dəstək və yekdillik istəyirlər. Biz də qeyd edirik ki, bu, NATO missiyası olmalıdır”, - deyə M.Moravetski bildirib.