bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xudaqulu Rzayev: Ruhuna halallığ hopmuş adam yaxud bir ömrün ziyasından süzülən işığın həqiqi üzü

11-01-2024, 16:46 23 dəfə baxılıb


Əsl ziyalı xalqının milli dəyərlərinin təəssübünü çəkəndə,ölkəsinin maraqlarına xidmət göstərəndə daha hörmətli, sevilən və unudulmaz olur. Bu qəbildən olan ziyalılar xalqın iftixar və qürur mənbəyidir.
Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında fateh kimi tanınan Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi, alimlərini, yazıçılarını, şairlərini, memarlarını, münəccimlərini, xəttatlarını, yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər, yeri gələndə onlarla görüşər, fikir mübadiləsi aparardı...
Əsrlərdən bəri hər bir dövlətin, hər bir dövrün ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyacı olub, indi də belədir.
Azərbaycan millətinin mentalitetində böyüyə, ağsaqqala, müəllimə, ziyalıya xüsusi münasibət, özəl ehtiram var. Azərbaycan ziyalılığının beşiyi başında Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə kimi dahilər, böyük əqidə və elm adamları durmuşlar. Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur. Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil, həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi. Mirzə Fətəli Axundzadə şəxsiyyətinin mükəmməl və daim aktual olan dərsləri müasir dövr ziyalıları üçün dəyərli istinad mənbəyidir. Bu məğrur və dönməz insanin milli maraqların qorunması istiqamətindəki çətin və kəşməkəşli fəaliyyəti, maarifçiliyə əvəzsiz töhfəsi bu gün də qəlblərdə onun şanlı abidəsini ucaldır.
Belə misallar - xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar. Fəqət, ən mühüm məqam odur ki, bu şəxsiyyətlərin əsas məramı alqış, tərif, təltif umacağı,maddi mənafe deyildi. Onlar həyatlarının mənasını insanlara, xalqa xidmətin feyzində tapırdılar. Millətlərinin, mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar. Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi. Onlar milli ziyalılığın meyarları, kamil örnəkləri idilər və bu gün də biz ziyalı fəaliyyətinin təsnifatını verərkən məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.
Bu yazımzda həmin nüfuzlu insanlarımızdan biri,-“Minera “ Şirkətlər Qrupunun rəhbəri,xalqımızın milli-mənəvi,əxlaqi dəyərlərinə daim hörmətlə yanaşıb,bu dəyərlərə sadiq,xeyriyyəçilik işləri ilə tanınıb,yadda qalan,yad edilən,nüfuzlu ictimai –siyasi xadim,vətən qarşısında layiqli vətəndaş mövqeyi sərgiləyən,bu günə kimi ölkəmizin inkişafında sağlam siyasi təfəkkür nümayiş etdirərək,daxili aləmində sadə,səmimi, olduqca təvəzökar çalarlar gəzdirən,Xudaqulu Rzayevin həyat yoluna işıq salmaq,haqqında danışmaq istəyirik.
Dəyərli insan,iş adamı Xudaqulu müəllim,bu gün doğurdan da respublikanın işgüzar və sahibkarlıq həyatında,ölkənin iqtisadi inkişafı istiqamətində gördüyü işlər,üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək təcrübəsi çox böyük və inkaredilməzdir.
Bu üzdən də bu dəyərli insanın dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın,su kimi dupdurudur desək,qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.
Çünki Xudaqulu müəllimin indiyə kimi gördüyü bütün işlərin uğuru,doğru-düzgün nizamlanması,sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.
Bu vacib amil,həmçinin dəyərli insanın,əsl ziyalının,nüfuzlu iş adamının ən müsbət keyfiyyətlərinə işıq salmaqla,illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir.Bu məziyyətlərinə görə də Xudaqulu Rzayev,respublikanın sayılb-seçilən,ən tanınan simalarından biri,ictimai-siyasi arenada öz yeri,öz payı və əvəzssiz rolu olan insanlardan biri kimi hər zaman diqqət mərkəzindədir.
Bu üzdən də bu dəyərli insan,bu gün də yorulmadan ölkənin inkişafı istiqamətində, respublikada biznes və sahibkarlıq mühitinin formalaşması,ölkə daxilində və ölkənin hüdudlarından kənarda Azərbaycanı laiyiqlə təmsil etmələri üçün bütün səy və bacarığını göstərir,milli ənənələrin davam etdirilməsi,daha çox uğurlu nəticələrin qazanılması işinin düzgün qurulması tendensiyasının müsbət dinamik xətt üzrə inkişafında dayanmadan çalışır.
Bu istiqamətdə Xudaqulu müəllim Azərbaycanda siyasi-iqtisadi və sosial sahələrin inkişafında ön sıralarında gedən nəhəng simalardan adlandırmaq daha doğru,vacib arqumentlərdəndir.
Xudaqulu müəllim irəli getdiyi kimi,arxasınca da onlarla gəncləri də aparır.Çünki sözün həqiqi mənasında bu cür insanlar,xalq və vətən naminə çiyinlərinə götürdükləri yükün məsuliyyərini zəkaları ilə dərk edir,onu axıra kimi ləyaqətlə daşımağı özlərinə borc bilirlər.
Xudaqulu Rzayev, həmçinin məhz belə insanlardan,nüfuzlu sahibkarlarımzdandır.
Bu dəyərli insanın,əsl ziyalının ictimai,siyasi və həyat yoluna nəzər saldıqda doğurdan da onun bu günə kimi keçib gəldiyi yolun zəhmət və halallıqdan yoğrulduğu həqiqəti ilə rastlaşırsan
Beləcə,illərdir bu səmimi və doğru-dürüst insan,dəyərli iş adamı,nüfuzlu ictimai-siyasi xadim bütün həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına,düzgün biznes idarəçiliyinin formalaşmasına həsr etməkdədir.
Tutduğu mövqe, çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan xətt üzrə müsbət,dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.
Bütün bunların ucalğında isə dəyərli iş adamı Xudaqulu Rzayevin vətənə,xalqa, dövlətə olan sevgisi və sadiqliyi,əsl vətəndaş mövqeyi tutması dayanır.
Çünki bu dəyərli insanın əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə, həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.
Xudaqulu Rzayev,Heydər Əliyev ideyalarının ləyaqətli davamçısı kimi hər an bu ideyanın ətrafında məşəl kimi yanmağı,onu qorumağı, onunla daim yaşamağı özünün həyat kredosu hesab edən əsl vətəndaş, ləyaqətli,dönməz və sarsılmaz əsgərdir.
O,həmçinin Heydər Əliyev kursunun uğurlu davamçısı,- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ölkə başçısı kimi yürütdüyü daxili və xarici siyasəti sayəsində qlobal dünyada və beynəlxalq aləmdə Azərbaycanın tutduğu mövqeyin və yerin nə qədər uğurlu olmasını daim dəstəkləyir, onun daha da məhkəmlənməsi, ölkənin müstəqillik və suverenliyinin daimi olması istiqamətində gördüyü işlərin davamlı olacağına inanır, inkişaf dinamikasının dayanıqlığı üçün atılan bütün addımlara öz təəssübkeşiliyi, işgüzarlığı,ona göstərilən etimadı yüksək səviyyədə doğrultması ilə yaxından iştirak edir.
Bütün bu sadalananlarla yanaşı bu dəyərli iş adamı, ictimai-siyasi xadim, həmçinin gözəl ailə başçısı, qayğıkeş və mehriban atadır.Övladlarını vətənə,xalqa,dövlətə layiq vətəndaş kimi yetişmələtinə arxa,dayaq durmuşdur.
Doğurdan da bir insanın keçdiyi həyat yoluna işıq salanda onun nə qədər zəngin və rəngarəng olduğu,həmin şəxsin bir millət üçün nə qədər fədailik etdiyini özündə təcəssüm etdirir.
Xudaqulu müəllim də, Azərbaycannın dövlətçilik maraqları,ölkənin sosial- iqtisadi inkişafı üçün doğurdan da zəhmət çəkmiş, doğru-düzgün siması olan şəxsiyyətlərdəndir.
Yaxınlarda ömrünün 60- ci baharını arxada qoyub, növbəti 61-ci ilinə qədəm basan Xudaqulu müəllim, inanırıq hələ əsrimizin qalan illərini də bax beləcə vüqarla,cəsur,cəsarətli,böyük ürək,şövqlə,öz ziyası ilə vətəninə, xalqına,dövlətinə dönməz və sonsuz sevgisi,əvəssiz xidmətlər göstərək yaşayacaq,addımlayacaq,bu məsuliyyətli,müqəddəs yolda yoruldum deməyəcək.
Yolun daim açıq olsun, dəyərli ziyalı, xeyirxah insan !


BİZİMLİDER.COM İNFORMASİYA XƏBƏR PORTALININ BAŞ DİREKTORU
İRADƏ QARACALLI






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930