bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

SALEH SADIQOV:YARADICI RUHUNA HALALLIĞ HOPMUŞ ADAM YAXUD SU KİMİ SAF, TƏMİZ BİR İNSANIN HƏYAT YOLUNA DÜZ BAXIŞ

13-01-2024, 16:52 18 dəfə baxılıb




Əsl ziyalı xalqının milli dəyərlərinin təəssübünü çəkəndə,ölkəsinin maraqlarına xidmət göstərəndə daha hörmətli, sevilən və unudulmaz olur. Bu qəbildən olan ziyalılar xalqın iftixar və qürur mənbəyidir.

Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında fateh kimi tanınan Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi, alimlərini, yazıçılarını, şairlərini, memarlarını, münəccimlərini, xəttatlarını, yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər, yeri gələndə onlarla görüşər, fikir mübadiləsi aparardı…

Əsrlərdən bəri hər bir dövlətin, hər bir dövrün ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyacı olub, indi də belədir.

Azərbaycan millətinin mentalitetində böyüyə, ağsaqqala, müəllimə, ziyalıya xüsusi münasibət, özəl ehtiram var. Azərbaycan ziyalılığının beşiyi başında Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə kimi dahilər, böyük əqidə və elm adamları durmuşlar. Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur. Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil, həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi. Mirzə Fətəli Axundzadə şəxsiyyətinin mükəmməl və daim aktual olan dərsləri müasir dövr ziyalıları üçün dəyərli istinad mənbəyidir. Bu məğrur və dönməz insanin milli maraqların qorunması istiqamətindəki çətin və kəşməkəşli fəaliyyəti, maarifçiliyə əvəzsiz töhfəsi bu gün də qəlblərdə onun şanlı abidəsini ucaldır.

Belə misallar – xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar. Fəqət, ən mühüm məqam odur ki, bu şəxsiyyətlərin əsas məramı alqış, tərif, təltif umacağı,maddi mənafe deyildi. Onlar həyatlarının mənasını insanlara, xalqa xidmətin feyzində tapırdılar. Millətlərinin, mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar. Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi. Onlar milli ziyalılığın meyarları, kamil örnəkləri idilər və bu gün də biz ziyalı fəaliyyətinin təsnifatını verərkən məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.

Bu yazımzda həmin nüfuzlu insanlarımızdan biri,-Azərbaycan Su Təsərrüfatı və Meliorasiya ASC-nin Hidrogeoloji-Meliorativ Xidmət və Suların İstifadəsinə Mühafizəsinə Nəzarət İdarəsinin rəisi,”Əməkdar mühəndis “, böyük alim,xalqımızın milli-mənəvi,əxlaqi dəyərlərinə daim hörmətlə yanaşıb,bu dəyərlərə sadiq,xeyriyyəçilik işləri ilə tanınıb,yadda qalan,yad edilən,nüfuzlu ictimai –siyasi xadim,vətən qarşısında layiqli vətəndaş mövqeyi sərgiləyən,bu günə kimi ölkəmizin inkişafında sağlam elmi təfəkkür nümayiş etdirərək,daxili aləmində sadə,səmimi,olduqca təvəzökar çalarlar gəzdirən,incə qəlbli,yaradıcı ruhu olan Saleh Sadıqovun həyat yoluna işıq salmaq,haqqında danışmaq istəyirik.

Dəyərli insan,nüfuzlu elm xadimi Saleh müəllim,bu gün doğurdan da respublikanın meliorasiya və su təsərrüfarı sahəsində ən sanballı,peşəkar kadr kimi,ölkənin iqtisadi inkişafı istiqamətində gördüyü işlər,üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək təcrübəsi çox böyük və inkaredilməzdir.

Bu üzdən də bu dəyərli ziyalının dövlət və xalq qarşısında əvəzssiz xidmətləri gün kimi aydın,su kimi dupdurudur desək,qeyd etdiklərimz bir daha öz təsdiqini tapmış olacaq.

Çünki Saleh müəllimin indiyə kimi gördüyü bütün işlərin uğuru,doğru-düzgün nizamlanması,sağlam təfəkkürdən süzülüb gələn məntiqi düşüncənin ekvivalenti olaraq bütün göstərilən arqumentləri özündə ehtiva edəndir.

Bu vacib amil,həmçinin dəyərli insanın,əsl ziyalının,nüfuzlu elm adamının ən müsbət keyfiyyətlərinə işıq salmaqla,illərin sınağından keçib gələn təcrübə ilə vəhdəti kimi də başa düşüləndir.Bu məziyyətlərinə görə də Saleh Sadıqov,respublikanın sayılb-seçilən,ən tanınan simalarından biri, aqrar-iqtisadi arenada öz yeri,öz payı və əvəzssiz rolu olan insanlardan biri kimi hər zaman diqqət mərkəzindədir.

Bu üzdən də o,hazırki günümüzdə də yorulmadan ölkənin inkişafı istiqamətində, respublikada aqrar mühitinin formalaşması,bacarıqlı rəhbər,təcrübəli mütəxəsis kimi daha çox uğurlu nəticələrin qazanılması işinin düzgün qurulması tendensiyasının müsbət dinamik xətt üzrə inkişafında dayanmadan çalışır.

Bu istiqamətdə Saleh müəllim Azərbaycanda su təsərüffatı sistemi,aqrar- iqtisadi və sosial sahələrin inkişafında ön sıralarında gedən nəhəng simalardan adlandırmaq daha doğru,vacib arqumentlərdəndir.

Bu dəyərli insanın,əsl ziyalının həyat yoluna nəzər saldıqda doğurdan da onun bu günə kimi keçib gəldiyi yolun zəhmət və halallıqdan yoğrulduğu həqiqəti ilə rastlaşırsan

Beləcə,illərdir bu səmimi və doğru-dürüst insan,dəyərli elm xadimi,meliorasiya, hidrogeologiya sahəsində nüfuzlu şəxs,bütün həyatını Azərbaycanın milli və dövlətçilik maraqlarına,düzgün idarəçiliyinin formalaşmasına həsr etməkdədir.

Tutduğu mövqe,çıxdığı yol da,özü kimi düz,səlis,aydın,ürəkaçan,ölkədə hüquqi və demokratik dövlət quruculuğunun artan xətt üzrə müsbət,dinamik tendensiya ilə inkişafına xidmət etməyə hesablanmışdır.

Bütün bunların ucalğında isə dəyərli alim,bacarıqlı xidmət rəhbəri Saleh Sadıqovun vətənə,xalqa, dövlətə olan sevgisi və sadiqliyi,əsl vətəndaş mövqeyi tutması dayanır.

Çünki bu dəyərli insanın əsl vətəndaşlıq mövqeyi milli və dövlətçilik maraqlarımızın daim qorunması istiqamətində atdığı addımlar və gördüyü işlərlə, həqiqi sadiqlik, inanılmaz sevgisi ilə vəhdətdə bütövləşir, tamlaşır, öz məzmun səciyyəsini, xarakterik xüsusiyyətlərini onun simasında, ruhunda və qəlbində bir daha ehtiva edir.

Saleh Sadıqov,Heydər Əliyev ideyalarının ləyaqətli davamçısı kimi hər an bu ideyanın ətrafında məşəl kimi yanmağı,onu qorumağı, onunla daim yaşamağı özünün həyat kredosu hesab edən əsl vətəndaş, ləyaqətli,dönməz və sarsılmaz əsgərdir.

O,həmçinin Heydər Əliyev kursunun uğurlu davamçısı,- Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin ölkə başçısı kimi yürütdüyü daxili və xarici siyasəti sayəsində qlobal dünyada və beynəlxalq aləmdə Azərbaycanın tutduğu mövqeyin və yerin nə qədər uğurlu olmasını daim dəstəkləyir, onun daha da məhkəmlənməsi, ölkənin müstəqillik və suverenliyinin daimi olması istiqamətində gördüyü işlərin davamlı olacağına inanır, inkişaf dinamikasının dayanıqlığı üçün atılan bütün addımlara öz təəssübkeşiliyi, işgüzarlığı,ona göstərilən etimadı yüksək səviyyədə doğrultması ilə yaxından iştirak edir.

Doğurdan da bir insanın keçdiyi həyat yoluna işıq salanda onun nə qədər zəngin və rəngarəng olduğu,həmin şəxsin bir millət üçün nə qədər fədailik etdiyini özündə təcəssüm etdirir.

Saleh müəllim də, Azərbaycannın dövlətçilik maraqları,ölkənin sosial- iqtisadi inkişafı üçün doğurdan da zəhmət çəkmiş,doğru-düzgün siması olan şəxsiyyətlərdəndir.

İnanırıq Saleh müəllim, hələ əsrimizin qalan illərini də bax beləcə vüqarla,cəsur,cəsarətli,böyük ürək,şövqlə,öz ziyası ilə vətəninə, xalqına,dövlətinə dönməz və sonsuz sevgisi,əvəssiz xidmətlər göstərək yaşayacaq,addımlayacaq,bu məsuliyyətli,müqəddəs yolda yoruldum deməyəcək.

Yolun daim açıq olsun,dəyərli ziyalı,xeyirxah insan !






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930