bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiya xarici işlər nazirinin müavini Türkiyə səfiri ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

23-01-2024, 09:21 2 dəfə baxılıb




Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Türkiyənin Moskvadakı səfiri Tanju Bilgiç ilə Cənubi Qafqaz regionundakı vəziyyəti müzakirə edib.

Bu barədə Rusiya XİN-dən məlumat verilib.

Bildirilir ki, görüşdə Mərkəzi Asiya və Ukraynadakı mövcud vəziyyətlə bağlı da fikir mübadiləsi aparılıb, həmçinin ilk növbədə Cənubi Qafqazda sülhün və sabitliyin möhkəmləndirilməsi üçün atılacaq addımların bundan sonra da koordinasiyası barədə razılıq təsdiq edilib.

“Tərəflər regional və beynəlxalq məsələlər üzrə ikitərəfli əməkdaşlığın səmərəliliyini qeyd ediblər”, - deyə bəyanatda vurğulanıb.

Rusiya diplomatik xidmətinin məlumatına görə, Türkiyə səfiri ilə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko da görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran ikitərəfli və regional gündəliyə dair fikir mübadiləsi aparılıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031