bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

İrəvanın Bakıya göndərdiyi yeni təkliflər paketində nələr var? - Erməni deputatlar açıqladı

3-02-2024, 12:01 25 dəfə baxılıb

İrəvanın Bakıya göndərdiyi yeni təkliflər paketində nələr var? - Erməni deputatlar açıqladı




Ermənistan-Azərbaycan danışıqlar prosesində ciddi dəyişiklik yoxdur.

Publika.az xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müxalifətdəki “Hayastan” fraksiyasından olan deputatları Qeqam Manukyan, Kristin Vardanyan, Artur Xaçatryan və Anna Qriqoryanın bəyanatında deyilir.

Parlamentarilər Azərbaycana göndərilən yeni təkliflər paketini öyrəndikdən sonra bu qənaətə gəliblər. Onlar əmindirlər ki, Ermənistan əlavə təhlükəsizlik təminatları almayacaq və sənəd Azərbaycanın əldə etdiyi uğurları daha da möhkəmləndirəcək.

Bu arada Ermənistan Xarici İşlər Nazirliyi deputatların bəyanatına reaksiya verib. Nazirlikdən bildirilib ki, deputatlar məxfi məlumatları açıqlamaqla Bakı ilə danışıqlar prosesini təhlükə altına salırlar və məsələ araşdırılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031