bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Paşinyan: “İyunun 1-də Ermənistanla Azərbaycan arasında hər hansı sənəd imzalansa, şad olaram” - VİDEO

4-05-2023, 10:15 0 dəfə baxılıb


“İyunun 1-də Ermənistanla Azərbaycan arasında hər hansı sənəd imzalansa, şad olaram”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Ölkə mətbuatının məlumatına görə, mayın 3-də parlamentdə “Ermənistan” fraksiyasından olan deputat Qeqam Manukyan baş nazirə ABŞ-Azərbaycan-Ermənistan, habelə Rusiya-Azərbaycan-Ermənistan rəsmiləri arasında üçtərəfli görüşlə bağlı sual verib.

Deputatın sualına cavab olaraq Nikol Paşinyan bildirib ki, onun artıq parlamentə təqdim etdikləri Vaşinqtonda müzakirə olunur.

“Masada Ermənistan-Azərbaycan sülh müqaviləsi ilə bağlı təkliflər sənədi var. Mən Xarici İşlər Nazirliyinə tapşırdım ki, sizi Azərbaycanın və Ermənistanın təklifləri ilə, bu sənədlə tanış etsin, siz istəmədiniz”, - baş nazir vurğulayıb.

Müxalifətdən olan deputat həmçinin Praqada keçirilən görüş formatında, Vaşinqtonda müzakirə olunan sənəd əsasında iyunun 1-də Kişinyovda Azərbaycan və Ermənistan arasında hər hansı bir sənədin imzalanmasının mümkün olub-olmadığını soruşub.

"Belə olsa, çox sevinərəm. Bunlar pis xəbər deyil, yaxşı xəbərlərdir. Danışıqlar davam etdiyi üçün deyəcəyim hər hansı müsbət və ya mənfi şərh onların gedişatına təsir edəcək. Mən Vaşinqtona səfər edən rəsmilərə dedim ki, sərbəst danışıqlar aparsınlar və ictimaiyyətə açıqlanan fikirlərimiz çərçivəsində vurğuladım - siz bilməlisiniz ki, Azərbaycanla danışıqlar apardığınız sənədi mən imzalayacam”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930