bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yeni monoqrafiya: “Pirlər bulağından novatorluğa”

4-02-2024, 10:54 3 dəfə baxılıb



Əli Rza Xələfli şəxsiyyətini, onun çoxşaxəli, çoxqütblü yaradıcılıq fəaliyyətini bir neçə sözlə ifadə etmək çox çətindir. Əli Rza Xələfli, sözün əsl mənasında, mübaliğəsiz Azərbaycan ədəbi-bədii mühitinin fenomenidir.

AZƏRTAC xəbər verir ki, bu fikirlər filologiya elmləri doktoru, professor Yədulla Ağazadənin “Gənclik” nəşriyyatında yeni çapdan çıxmış “Pirlər bulağından novatorluğa” monoqrafiyasında yer alıb. Lənkəran Dövlət Universitetinin Elmi şurasının qərarı ilə nəşr olunan əsəri müəllif görkəmli şair, yazıçı-publisist Əli Rza Xələflinin “Dağlarda duman qaldı” poemalar kitabı əsasında qələmə alıb. Kitabda şairin söz, sənət dünyası barədə düşüncələri, eləcə də yaxın və uzaq tariximizin bədii salnaməsi, sələf-xələf münasibətləri əhatəli tədqiqata cəlb edilib.

Geniş təhlillər aparan müəllif bu qənaətə gəlir ki, “Dağlarda duman qaldı” kitabında təqdim olunan bütün poemalarda, xüsusən şairin “Söz doğrunun, düzündü” (sözün fəxriyyəsi) və “Könlümə yol aradım” (fəxriyyə poeması) sözün ucalığı, gözəlliyi barədə poetik bəyannamə səciyyəsi daşıyır. Kitabda pirlərdən, sələflərdən gələn söz-sənət qafiləsini zaman-zaman davam və inkişaf etdirən, pirlər ocağına yeni töhfələr, nadir sənət inciləri təqdim edən insanların konkret və aydın xarakterik cizgiləri verilib. Novatorluq, yenilik birdən-birə baş vermir. Saf, möhkəm bünövrəsi olmayan saraylara etibar yoxdur. Şair klassik üslubdan bəhrələnsə də, məsnəvi, qəsidə, fəxriyyə kimi klassik şeir şəkillərindən bacarıqla istifadə etsə də, manevr imkanları olduqca genişdir, məsnəvidən bayatı ya dördlükdən fəxriyyəyə, fəxriyyədən müxəmməsə keçir, ovqata, mövzuya uyğun modellərdə oxucunun görüşünə gəlməyi bacarır. Daha önəmli cəhət dil əlvanlığı, mövzu təzəliyi və aktuallığıdır. Əsərlərindən anlaşılır ki, şair klassik irsə, təsəvvüf fəlsəfəsinə, Şərq poetik fikir tarixinə mükəmməl bələddir, lakin həmin təsirdə qətiyyən qalmır, ənənə üzərindən Pirlər bulağından novatorluq yoluna cəsarətlə addımlayır.

Monoqrafiyanın redaktoru və “Ön söz”ün müəllifi professor Məsud Mahmudovdur. Əsərə professor Abid Tahirli, dosent Qədim Rufullayev və ədəbiyyatşünas Əli Bəbiroğlu rəy veriblər.

Kitab geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930