bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycanda bəzi tikinti materialları bahalaşdı - VİDEO

12-02-2024, 11:35 2 dəfə baxılıb




Bazarda bəzi tikinti materialları bahalaşıb, bəzilərində isə ucuzlaşma var.

Publika.az xəbər verir ki, sahibkarlar deyirlər ki, son bir neçə ayda kərpic və taxtanın qiymətində artım var.

Bəzi materialların isə əksinə, ucuzlaşdığı müşahidə edilir. Qiyməti ən çox enən isə dam örtükləridir.

Satıcılar taxta qiymətlərinin digər materiallara nisbətən daha çox artdığını qeyd ediblər. Lakin yaxın günlərdə bir az da bahalaşma olacağı gözlənilir.

İqtisadçı - ekspert Xalid Kərimli deyir ki, artım ən çox Rusiyadan gələn materiallarda özünü göstərir. Həmin ölkənin sahibkarları başqa bazarlarda itirdikləri gəliri Azərbaycana göndərilən məhsulların qiymətini artırmaqla konpensasiya edirlər.

Ekspertin fikrincə, digər tikinti materiallarının bahalaşması isə daşıma və əlavə xərclərlə əlaqədardır. Qum və sementin qiymətinin artması isə yerli səbəblərlə bağlıdır. Bu sahələrdə sərt ekoloji və daşıma qaydalarının tətbiqi qiymətlərə təsir edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2024    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031