bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

BMT-dən qorxulu hesabat: Təbii ehtiyatların hasilatı 2060-cı ilə qədər...

2-03-2024, 14:46 0 dəfə baxılıb

BMT-dən qorxulu hesabat: Təbii ehtiyatların hasilatı 2060-cı ilə qədər...


Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Beynəlxalq Resurslar Qrupunun “Qlobal Resursların Görünüşü 2024” hesabatına görə, son yarım əsrdə infrastrukturun, enerji tələbatının və istehlakçı fəallığının nəhəng genişlənməsi qlobal materiallardan istifadənin üç dəfə artmasına səbəb olub.

Publika.az xəbər verir ki, hesabat UNEP-in rəsmi saytında dərc olunub.

Mütəxəssislərin fikrincə, planetin təbii ehtiyatlarının hasilatı 2060-cı ilə qədər 60% artaraq 100 milyarddan 160 milyard tona çata bilər. Tədqiqat göstərir ki, təbii ehtiyatlara tələbat - qidadan tutmuş qalıq yanacağa qədər - illik orta hesabla 2,3%-dən çox artmaqda davam edir.

Hesabata görə, böyük miqdarda ehtiyatların hasilatı və emalı planetlərin istiləşməsinə səbəb olan, ekosistemləri məhv edən və insan sağlamlığına zərər vuran istixana qazları emissiyalarının 60%-dən çoxunu təşkil edir.

Hesabatın müəllifləri qida tullantılarının və heyvan zülalının istehlakını azaldan pəhriz dəyişikliklərinin təşviq edilməsini, daha səmərəli nəqliyyat sistemlərinin qurulmasını və təkrar emal edilmiş tikinti materiallarından istifadə edərək daha yüksək sıxlıqlı mənzillərin yaradılmasını tövsiyə edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930