bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rusiyanın paytaxtı Sibirə köçürülə bilər

24-05-2023, 10:17 0 dəfə baxılıb


Planetdə iqlim dəyişikliyinin ən pis ssenarisi baş verərsə, Rusiyanın paytaxtı Sibir şəhərlərinə köçürülə bilər.

Bunu rusiyalı iqlimşünas Aleksey Kokorin bəyan edib.

O bildirib ki, 2015-ci ilin dekabrında Rusiya da daxil olmaqla 175 ölkə qlobal istiləşməni sənayeləşmədən əvvəlki səviyyədən maksimum 1,5 dərəcə selsi yüksək səviyyədə saxlamaq və 2100-cü ilə qədər qlobal orta illik temperaturun iki dərəcəni keçməsinin qarşısını almaq məqsədi daşıyan Paris İqlim Sazişini imzalayıb.

Sazişin həyata keçirilməsinin bəndlərindən biri də ölkələrin karbon neytrallığına nail olmasıdır. ABŞ və Avropa 2050-ci ilə, Rusiya və Çin 2060-cı ilə, Hindistan 2070-ci ilə qədər atmosferə emissiyalar üzrə müvafiq göstəricilərə nail olmağı planlaşdırır. Bununla belə, Kokorin hesab edir ki, praktikada son tarixlər dəyişdiriləcək və bunun 2050-2060-cı illərdə deyil, məsələn, 2080-ci illərdə baş verəcəyi tamamilə realdır.

Nəticədə, Paris razılaşması öz məqsədlərinə çatana qədər qlobal temperatur artıq əhəmiyyətli dərəcədə artacaq.

Kokorinin proqnozlarına görə, 2080-ci ilə qədər havanın istiliyi 19-cu əsrin sonu ilə müqayisədə 2-2,5 dərəcə yüksələcək. Ən pis ssenari isə qlobal temperaturun Selsi üzrə 4,5-5 dərəcə yüksələcəyini nəzərdə tutur. Belə olan halda yayda Moskvada yaşamaq qeyri-mümkün olacaq. Odur ki, ölkənin əsas şəhəri Krasnoyarsk və ya Novosibirsk ola bilər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930