bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Azərbaycan kəndinə girdiyi üçün tutulan ermənilər azadlığa buraxıldı

4-03-2024, 08:24 0 dəfə baxılıb





Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan azadlığa buraxılıblar.

Publika.az "Globalinfo.az"a istinadən xəbər verir ki, bu barədə “Döyüş qardaşlığı”nın Feysbuk səhifəsində məlumat paylaşılıb.

Bildirilib ki, saxlanılanlar Yuxarı Əskipara ərazisinə getməmək şərti ilə sərbəst buraxılıblar.

Qeyd edək ki, ötən gün Ermənistanın nəzarətində olan Yuxarı Əskipara kəndinə girən “Döyüş qardaşlığı” təşkilatının üzvləri Avetis Avetisyan (2020-ci il müharibəsinin iştirakçısı) və Henrik Mkrtçyan saxlanılıblar. Onların əraziyə qanunsuz girdikləri üçün saxlanıldıqları açıqlanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031