İrəvanda Paşinyanın istefası tələbi ilə mitinq keçiriləcək
Martın 13-də “Birgə” hərəkatı İrəvanda Baş nazirin istefası tələbi ilə mitinq keçirəcək.
Publika.az "News.am"a istinadən xəbər verir ki, bu barədə hərəkatın üzvü, Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan jurnalistlərlə görüşündə bildirib.
O, mitinqin saat 18:00-da Azadlıq meydanında baş tutacağını qeyd edib.
Baqratyan bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyi labüdləşir.