bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dərman qəbul edənlər orucu necə tutmalıdırlar? - Həkimlərin tövsiyəsi

13-03-2024, 08:21 0 dəfə baxılıb




Ürək və bir sıra xroniki xəstəliklərdən əziyyət çəkənlər Ramazan ayında oruc tutmaq istəyirlər, ancaq təzyiq və yarana biləcək başqa problemlərdən narahat olurlar.

Türkiyəli mütəxəssislər bununla bağlı bir sra tövsiyələr veriblər.

Türkiyənin məşhur ürək-damar cərrahı, professir Cengiz Köksal “hər ürək xəstəsi oruc tuta bilməz” deməyin yanlış olduğunu, xəstələrin fərdi şəkildə qiymətləndirilməli olduğunu bildirib. Bununla belə o, yaşlı, həmçinin şəkərli diabet, yüksək təzyiq kimi xroniki xəstəlikləri olan xəstələrin oruc tutmazdan əvvəl həkimlə məsləhətləşməli və dərmanlarını buna uyğun tənzimləmələrinin vacibliyini vurğulayıb.

Sidikqovucu dərmanlar istifadə edənlər

Köksal uzun müddət aclıq və susuzluqla əlaqədar təzyiqin düşə biləcəyini deyərək, təzyiq xəstələrində dərmanların dozasının tənzimlənməli olduğunu bildirib.

“Oruc zamanı orqanizm bir müddət susuz qalacağı üçün bu vəziyyət sidikqovucu dərman istifadə edən xəstələrdə daha çox təsir edəcək. Su və mineral itkisi ilə bağlı şikayətlərdə artım müşahidə oluna bilər. Bu səbəbdən sidikqovucu dərmanların istifadəsi həkim məsləhəti ilə dayandırıla bilər, ya da istifadəsi məcburi olarsa imsakda deyil, iftarda qəbul edilə bilər”.

Ürək əməliyyatı olanlar

Cərrahın sözlərinə görə, ürək qapağı əməliyyatı keçirmiş xəstələrin istifadə etdiyi qan durulaşdırıcı dərmanların dozası Ramazan ayında daha tez-tez aralıqlarla alınan təhlillərlə yaxından izlənilməlidir.

“Çünki uzun müddət davam edən aclıq və susuzluqla qanda əvvəllər görünməmiş dəyişikliklər baş verir. Qan dəyərləri yüksək olarsa - qanaxma, aşağı olarsa - ürək qapağında laxtalanma meydana gələ bilər. Bu səbəbdən dəyərlərə tez-tez nəzarət edilməli və dərman dozası buna uyğun tənzimlənməlidir”.

Ürək xəstələri

Kardiologiya Mütəxəssisi Dos. Dr. İsmail Polat Canbolat isə ürək xəstələrinin həkimlə məsləhətdən sonra oruc tutmalı olduğunu vurğulayır.

“Həkiminiz sizin üçün xüsusi qidalanma və dərman planı hazırlaya bilər. Ramazan ayında şəkərli diabet xəstələrinin qan şəkərini nəzarətdə saxlaması çox vacibdir. Həkiminizin tövsiyə etdiyi dərmanlardan mütəmadi istifadə edin və qan şəkərinizi tez-tez ölçün. Siqaret ürək-damar xəstəlikləri üçün ən mühüm risk faktorlarından biridir. Diqqətli olun. Ramazanda siqaret çəkməməyə çalışın. Stressinizi idarə edin. Stress ürək-damar xəstəlikləri riskini artıra bilər”.

Mütəxəssis bildirib ki, səhər dərmanlarını sahurda, axşam dərmanlarını isə iftarda qəbul etmək olar.

Böyrək xəstəlikləri

Nefrologiya Mütəxəssisi Dr. Bilal Görçin hər bir xəstəliyi və orucun xəstəliyə təsirini ayrıca qiymətləndirməyin vacibliyini vurğuladı:

“Biz böyrək xəstəliklərini beş mərhələyə ayırırıq. Dövrlər xəstənin qan kreatinin dəyərinə uyğun olaraq aparılır. Birinci və ikinci faza ən rahat mərhələdir. Kreatinin normal və ya bir qədər yüksəkdir. Bu mərhələdə xəstələrin qidalanma vərdişlərində və dərmanlarında qeyd olunan məsələlərə diqqət yetirmələri şərti ilə orucun heç bir zərəri yoxdur. Dördüncü və beşinci mərhələlər dializ hazırlığı və dializ mərhələləridir. Dializ xəstələri oruc tuta bilməzlər”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930