bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi

22-05-2019, 13:16 878 dəfə baxılıb

Qobustan rayon İcra Hakimiyyatinin başçısı Adil Məcnun oğlu Məmmədovun 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabatı.
Möhtərəm Prezidentimizin xüsusi diqqət və qayğısı nəticəsində rayonumuz çox sürətli bir inkişaf dövrünü yaşayır. Biz əminliklə deyə bilərik ki, respublikamızın hər bir rayonu kimi Qobustan rayonunun da inkişafı daim cənab Prezidentin diqqətindədir.
Cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanımın istər xəstəxana binasının açılışında, istər xalçaçılıq emalatxanasında, istər yolun açılışında göstərdiyi səmimiyyət və diqqət rayon sakinləri arasında sevilə-sevilə danışılır və hər bir Qobustan sakini öz minnətdarlıqlarını ifadə edirlər.
Səfərdən dərhal sonra cənab Prezidentimizin rayonumuzla bağlı imzaladığı 48 mənzilli binanın, Sündü kəndində 360 yerlik məktəb binasının, Ərəbqədim-Göydərə yolunun tikintisi ilə bağlı sərəncamlar yüksək diqqət və qayğının bariz nümunəsidir.
Mən bir daha Qobustan rayonuna göstərdiyi böyük diqqət və qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban xanıma bütün Qobustanlılar adından öz dərin minnətdarlığımızı bildirirəm.
Cənab Prezidentimizin göstərdiyi diqqət və qayğıya uyğun olaraq biz də Qobustan rayonunun timsalında doğma Azərbaycanımızın inkişafına öz töhfəmizi verməliyik. 2019-cu ilin birinci rübü Respublikamızda olduğu kimi Qobustan rayonunda da çox yüksək göstəricilərlə başa çatdırılmışdır.
Rüb ərzində rayonda 37 milyon 352 min 200 manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bunun 30,2 faizi istehsal sahələrinin payına düşür. Ümumi məhsul buraxılışının həcmində sənaye məhsulları və göstərilmiş xidmətlər 1,3 faiz, kənd təsərrüfatı 30,0 faiz, tikinti sektoru 6,9 faiz, nəqliyyat sektoru 1,3 faiz, poçt və rabitə xidmətləri 0,2 faiz, ticarət 60,3 faiz təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 4,8 faiz artmışdır.
Bu artım kənd təsərrüfatında 0,4, tikinti sektorunda 53,5, nəqliyyat sektorunda 3,9, informasiya və rabitə sektorunda 8,0 və ticarət sektorunda 3,5 faiz təşkil etmişdir.
2019-cu ilin birinci rübündə Qobustan rayonunun yerli gəlirlər üzrə büdcə proqnozu 123,6 faiz icra edilmişdir. Hüquqi şəxslərin əmlak vergisi 3,3 dəfə, hüquqi şəxslərin torpaq vergisi 53 faiz, Əlavə Dəyər Vergisi 9,3 faiz, dövlət rüsumu 23,4 faiz, sair daxilolmalar 2,2 dəfə artıqlaması ilə yerinə yetirilmişdir. Bununla yanaşı hüquqi şəxslərin mənfəət vergisi 90 faiz, sadələşdirilmiş vergi 73,5 faiz, torpaq icarə haqqı isə cəmi 18,1 faiz icra edilmişdir. Aidiyyəti şəxslər növbəti aylarda sadalanan tədiyyə növləri üzrə də planın 100 faiz icrasına nail olmaq üçün zəruri tədbirlər həyata keçirməlidirlər.
Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilmişdir. Proqramda Qobustan rayonu üzrə 16 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərdən artıq 7-nin icrasına başlanılmışdır. Çalışmalıyıq ki, Proqramda bizim üzərimizə düşən bütün vəzifələr vaxtında öz həllini tapsın.
Rayonumuzda əhalinin sosial müdafiəsi, işsizliyin aradan qaldırılması, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərilir. Cənab Prezidentin tapşırığı əsasında bu ilin birinci rübündə “Dost İş” MMC-nin xətti ilə 155 yeni iş yeri yaradılmışdır ki, həmin yerlərdə şəffaflıq əsasında aztəminatlı ailələr, müharibə əlilləri işlə təmin edilmişlər. İnsanların bu iş yerlərindən səmərəli istifadə etmələri, neqativ hallara yol verilməməsi üçün tərəfimizdən müvafiq komissiya yaradılmış, rayon prokuroru, Polis şöbəsinin rəisi və digər şəxslər komissiyanın üzvü təyin edilmişdir. Bu il rayonda özünüməşğulluq proqramına 16 ailə cəlb edilmişdir. Biz çalışmalıyıq ki, növbəti illərdə daha çox ailə bu proqramdan yararlansın. Bu sahədə hər hansı bir neqativ hala yol verilməsin.
Bu ilin Novruz bayramı ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən 520 ailəyə bayram sovqatı verilmişdir.
Problemli kreditlərin həlli istiqamətində cənab Prezidentin qəbul etdiyi qərar artıq icra olunmağa başlamışdır. Bu çox böyük bir addımdır. Rayon sakinləri ayrı-ayrı görüşlərdə bu problemin həllinə görə cənab Prezidentə böyük minnətdarlıq hisslərini bildirmişlər.
Bu il cənab Prezidentimiz tərəfindən pensiya və müavinətlərin artırılması istiqamətində də çox mühüm addımlar atılmışdır.
Rayonumuzda əhalinin sağlamlığının qorunması istiqamətində də tədbirlər davam etdirilir. Bu il 26453 nəfər tibbi müayinəyə cəlb edilmişdir. Onlardan 2342-si ambulator müalicəyə cəlb edilmiş, 520-si isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir. Bu tibbi müayinənin keçirilməsi də bildiyiniz kimi cənab Prezidentin təşəbbüsüdür. Hər bir sakinin ildə bir dəfə pulsuz tibbi müayinədən keçirilməsi çox mühüm əhəmiyyətə malikdir. Yeni xəstəxanamızın istifadəyə verilməsi nəticəsində tibbi müayinə növbəti illərdə daha yüksək səviyyədə həyata keçiriləcəkdir. Burada xidmət daim nəzarətdə saxlanılmalıdır.
Cənab Prezidentin tapşırığına uyğun olaraq rayonumuzda vətəndaşların qəbulu, onların problemlərinin həllinə diqqət daha da artırılmışdır. Biz həftədə bir dəfə, bir kənddə səyyar qəbul keçirir, əhalinin problemlərinin yerindəcə öyrənilərək həlli üçün zəruri tədbirlər görürük. Eyni zamanda, bu il aprel ayının 25-də Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının məsul işçiləri tərəfindən rayonumuzda qəbul keçirilmişdir. Eləcə də, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Qobustan şəhərində regional qəbul keçirilmişdir. Bütün bunlar vətəndaş məmnunluğunun yaranmasına xidmət göstərir.
Bu ilin mart ayının 5-dən 19-dək Qəbələ Asan xidməti rayonumuzda səyyar xidmət göstərmişdir. 15 gün ərzində 801 vətəndaş xidmətə müraciət etmiş, 358 nəfərdən sənəd qəbul edilmiş, 194 nəfərə hazır sənəd verilmişdir. 206 nəfərə informasiya xidməti göstərilmişdir. Xidmətə daha çox şəxsiyyət vəsiqələrinin, sürücülük vəsiqələrinin, ümumvətəndaşlıq pasportlarının verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notarial fəaliyyəti və digər xidmətlərlə bağlı olmuşdur.
Biz vətəndaş müraciətlərinə baxılmasını bundan sonra da yüksək səviyyədə nəzarətdə saxlamalı, xidmət sahələrində xüsusilə, səhiyyə, kənd təsərrüfatı, təhsil, elektrik, qaz və içməli su təminatı sahələrində hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılmalı, həlli mümkün olan məsələlər dərhal həll edilməli, digər hallarda isə qanunamüvafiq izahat verilməli, həlli yolları vətəndaşlara başa salınmalıdır.
Hörmətli müşavirə iştirakçıları!
Rayonumuzda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı sahəsində mühüm işlər görülür.
Qobustan Elektrik Şəbəkəsi tərəfindən birinci rübdə Qobustan şəhərində və Bədəlli kəndində kabelləşmə işi davam etdirilmiş, 35 Kv-luq xətlərdə cari təmir işləri görülmüşdür. Hazırda əhaliyə 24 saat fasiləsiz elektrik enerjisi verilir. Lakin görüləcək işlər çoxdur, Nardaran, Ərəbqədim, Nabur, Bəklə, Təklə Mirzəbaba, Sündü kəndlərində 70-ci illərdə çəkilmiş olan xətlər hazırda yararsız vəziyyətdədir.Tezliklə yuxarıda adları qeyd olunan yaşayış məntəqələrində elektrik xətlərinin təmiri üçün müvafiq tədbirlər görülməlidir. Onu da qeyd edək ki, 2019-cu ilin birinci rübündə rayon üzrə elektrik enerjisinin dəyərinin ödənilməsi tam şəkildə həyata keçirilsə də, yuxarıda qeyd etdiyimiz itkilər hesabına ümumi yığım 84,4 faiz təşkil etmişdir.
Əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində rayonda əhəmiyyətli işlər görülməkdədir. Hazırda Ərəbqədim, Cəmcəmli, Göydərə kəndlərində içməli su şəbəkəsinin qurulmasına başlanmış, yaxın vaxtlarda Xilmilli, Cəyirli, Çalov və Sündü kəndlərində içməli su şəbəkəsinin yaradılması üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulur. Bizim yeganə, heç bir içməli su mənbəyi olmayan Nardaran kəndi üçün də içməli suyun çəkilməsi istiqamətində müəyyən işlər görülməlidir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən 2018-ci ildə Çuxanlı və Sündü kəndlərində qazılmış artezian quyuları yaxın vaxtlarda istifadəyə veriləcəkdir. 2019-cu ilin birinci rübündə Qobustan rayonunda içməli suyun dəyəri 138 faiz toplanmışdır.
Əhalinin təbii qazla təminatı rayonumuzda yüksək səviyyədədir. Rayonun yaşayış mövcud olan 29 məntəqəsindən 23-nə təbii qaz verilir. Yerdə qalan 6 kənddə isə ümumilikdə 217 abonent olmaqla, 1600 nəfər əhali yaşayır. Növbəti illərdə biz həmin kəndlərin də qazlaşmasına nail olmalıyıq. 2019-cu ilin birinci rübündə əhali üzrə istehlak edilmiş qazın dəyəri 93,5 faiz ödənilmişdir. İl boyu əhaliyə normal təzyiqli fasiləsiz qazın verilməsi üçün bundan sonra da zəruri tədbirlər görülməlidir.
Onu da qeyd edək ki, cənab Prezidentimizin tapşırığı əsasında qazın güzəştli limitinin 500 kub.m artırılması hər bir sakini sevindirir və bu, bir daha cənab Prezidentin vətəndaşlara göstərdiyi diqqət və qayğının nəticəsidir.
Bir daha qobustanlılar adından cənab Prezidentə öz dərin minnətdarlığımızı bildiririk.
Hörmətli müşavirə iştirakçıları!
Rayonda 2019-cu ilin birinci rübü ərzində yeni açılmış iş yerlərinin sayı 869 olmuşdur. Yeni yaranmış müəssisə və təşkilatlarda 4 nəfər, mövcud müəssisə və təşkilatlarda 5, fiziki şəxslərdə 60 nəfər və digər tədbirlərdə 800 nəfər işə qəbul olunmuşdur. Məşğul əhalinin sayı 22458 nəfər olmuşdur. Onu da qeyd edək ki, hazırda “Azərxalça” ASC-nin Qobustan rayon filialında 110 nəfər qadının işləməsi üçün vakant iş yeri vardır. Bu məsələ ərazi nümayəndəlikləri tərəfindən diqqətdə saxlanılmalıdır.
Birinci rübdə işçilərin orta aylıq nominal əmək haqqı 342,8 manat təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 13,5 faiz çoxdur.
Rayonumuzda quruculuq-abadlıq işləri uğurla davam etdirilir. Siz cənab Prezident tərəfindən açılışı olmuş obyektlərlə bağlı məlumatı bir qədər əvvəl dinlədiniz. Mən digər görülmüş işlər barədə məlumat vermək istərdim.
Rayonumuzda yeni Şahmat məktəbi yaxın günlərdə istifadəyə veriləcəkdir. 10 may tarixində 100 yerlik uşaq bağçası istifadəyə verildi. Şıxzahırlı kəndində 96 şagird yerlik modul tipli məktəbdə quraşdırma işləri başa çatdırılmış, son tamamlama işləri aparılır. Yaxın günlərdə şəhərdə yeni 100 yerlik uşaq bağçası fəaliyyətə başlayacaqdır. İstər ümumtəhsil məktəblərində, istərsə də məktəbəqədər təhsil müəssisələrində, tədris, təlim-tərbiyə, nizam-intizam daim nəzarətdə saxlanılmalıdır.
Sutkada istehsal gücü 5 ton olan Dənli Bitki Toxumlarının Emalı zavodunda işlər sürətlə aparılır. Güman edirik ki, növbəti yarımildə zavod istifadəyə veriləcəkdir.
2019-cu ilin birinci rübündə Qobustan şəhərində və kəndlərdə 7000-dən artıq müxtəlif növ ağac və qızılgül kolu əkilmişdir.
Hörmətli müşavirə iştirakçıları!
Qobustan rayonunun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayonda istifadə olunan kənd təsərrüfatına yararlı torpaq sahələri onun ümumi ərazisinin 67,4 faizini təşkil edir. Kənd təsərrüfatına yararlı torpaq sahəsinin 37,7 faizi əkinə yararlı torpaq sahələridir.
2019-cu ilin məhsulu üçün rayonumuzun əkinə yararlı 35815 ha torpaq sahəsinin 31183 hektarında taxıl, o cümlədən 22258 ha sahədə buğda, 8925 ha sahədə arpa əkilmişdir ki, bu da əvvəlki dövrlə müqayisədə 247 hektar və ya 3,4 faiz çoxdur. 4632 ha sahə isə yazlıqlar və növbəti əkinlər üçün saxlanmışdır. Havaların əlverişli keçməsi nəticəsində bu il hektardan 27-28 sentner məhsuldarlıq gözlənilir. Lakin alaq otlarına, zərərvericilərə qarşı mübarizə ciddi şəkildə davam etdirilməli, bu strateji məhsulun tam şəkildə və itkisiz yığılması üçün bütün texnikalar biçinə hazır vəziyyətə gətirilməli, yanğından mühafizə tədbirləri yüksək səviyyəyə çatdırılmalıdır. Bununla bağlı İcra hakimiyyətində müvafiq qərargah yaradılmalı, yerlərdə könüllü dəstələr formalaşdırılmalıdır.
2019-cu ilin 01 aprel vəziyyətinə rayonda 823,5 ha sahədə yazlıq bitkilər əkilmişdir. Yazlıq əkinlərin 51,2 faizi və ya 422 hektarı dənlilər, 12,3 faizi və ya 101 hektarı kartof, 4,0 faizi və ya 32,5 hektarı tərəvəz, 31,9 faizi və ya 263 hektarı noxud, 0,6 faizi və ya 5 hektarı yonca bitkiləri olmuşdur.
Ümumilikdə 2018-ci ilin 01 aprel vəziyyətinə nisbətən yazlıq əkin sahələri 33,8 faiz çox olmuşdur. Yazlıq əkinin 2018-ci ilin 01 aprel vəziyyətinə nisbətən artması əsasən yazlıq arpa bitkisinin hesabına olmuşdur. Havaların yazın əvvəlində daha soyuq keçməsi, yazlıq bitkilərdən olan kartof və tərəvəz əkinini gecikdirmişdir.
Buna baxmayaraq təsərrüfatlar hava şəraitindən maksimum istifadə edərək yaxın müddətə yazlıq əkini başa vurmaq əzmindədirlər.
Rayonumuzda kənd təsərrüfatının inkişaf etmiş sahələrindən biri də heyvandarlıqdır.
2019-cu ilin birinci rübündə iribuynuzlu mal-qaranın baş sayı 2,3 faiz artaraq 30 min 798 başa, o cümlədən inək və camışların baş sayı 5,1 faiz artaraq 12 min 171 baş olmuşdur. Qoyun və keçilərin baş sayı 0,2 faiz artaraq 191 min 289 başa, quşların baş sayı isə 29,3 faiz artaraq 120 min 426 başa çatmışdır. 2018-ci ilin birinci rübünə nisbətən rayonumuzda ət istehsalı 15,6 ton, süd istehsalı 47,0 ton, yumurta istehsalı 50 min ədəd artmışdır.
Hazırda rayonumuzda 1000 ha sahədə Aqroparkın yaradılması işləri davam edir. Ötən dövr ərzində Aqropark ərazisində icarəçi tərəfindən elektrik xəttinin çəkilişi ilə bağlı işlərə başlanmış, artıq 1,5 km uzunluqda elektrik xətti çəkilmişdir.
Ərazidə 200 başlıq ətlik istiqamətli ferma tikintisinin eskiz layihəsi hazırlanmış, tikinti işlərinə başlanılmışdır. Aqroparka gedən 17 km yol əsaslı təmir edilmiş, alt örtüyü hazırlanmış, ərazi tamamilə şumlanaraq təmizlənmiş, sahələrarası yollar qaydaya salınmışdır. Ərazidə işləmək üçün lizinq yolu ilə 4 ədəd traktor, 3 ədəd kombayn, 1 ədəd “Kamaz” markalı avtomobil və zəruri digər kənd təsərrüfatı texnikaları, toxumsəpən, diski, kotan, çiləyici və s. alınmışdır.
Torpağın ümumi analizi aparılaraq tərkibi öyrənilmiş, ötən əkin dövründə əraziyə müvafiq şumaltı və yemləmə gübrələri verilərək münbitliyi yaxşılaşdırılmışdır. 2018-ci ildə Aqroparkda 400 ha sahədə buğda, 300 ha sahədə arpa əkilmiş, ümumilikdə 1002 ton taxıl istehsal edilmişdir ki, bunun 522 tonunu buğda, 480 tonunu isə arpa təşkil etmişdir.
Suvarma təmin edilmədiyi üçün 2018-ci ildə 160 ha buğda, 40 ha arpa sahəsində biçin aparmaq mümkün olmamışdır.
2019-cu ilin məhsulu üçün 500 ha sahədə şum çıxarılmış, 400 ha sahədə isə arpa əkilmişdir. Sevindirici haldır ki, artıq Aqroparka suyun çəkilməsi məqsədilə layihə smeta sənədlərinin hazırlanması üçün “Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı” ASC-yə müvafiq vəsait ayrılmışdır. Növbəti ildə suyun çəkilməsi təmin ediləcəkdir.
Qobustan fermerləri tərəfindən Bakı şəhərində keçirilən yarmarkalarda kənd təsərrüfatı məhsullarının xüsusilə ət, göyərti, yumurta, noxud və sair satışı tərəfimizdən təmin edilir.
Hörmətli müşavirə iştirakçıları!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qobustan rayonundan olan 40 nəfərlik məktəbli qrupu və 5 nəfər nümayəndə mart ayında Lənkəran-Masallı-Astara bölgəsində olmuşlar. Tur aksiyası zamanı 6 rayon (Ağsu, Ağdaş, Quba, Qusar, Xaçmaz) şagirdləri arasında keçirilən “NƏ?, HARADA?, NƏ ZAMAN?” intellektual oyununda Qobustan məktəbliləri yüksək nəticə göstərərək birinci yerə layiq görülmüşlər.
2019-ci ilin I rübü ərzində respublika və beynəlxalq yarışlarda iştirak edən idmançılarımız da uğurlu nəticələr əldə etmişlər.
Ağır atletika üzrə kişilər və qadınlar arasında Azərbaycan çempionatında iştirak edən atletlərimizdən Tehran Məmmədov və İsmayıl Qurbanov I yeri tutaraq Çempion adını qazanmışlar.
Uşu sanda üzrə respublika çempionatında ilk dəfə iştirak etməsinə baxmayaraq, idmançılarımızdan Mehrab Əsgərov I yeri, Elgün Dəmirov isə III yeri tutmuşlar.
Qocyu-ryu okinava karate-do kobudo kempo üzrə yeniyetmələr arasında Bakı birinciliyində iştirak edən karateçilərdən Mətləb Seyidli, Hüseyn Məmmədli, Muhəmməd Məmmədli, Mehrab Əsgərov, İsmayıl Mikayılov və Fərid Babaşov bütün görüşlərdə qalib gələrək I yeri tutmuşlar.
Ümumilikdə, 2019-cu ilin I rübü ərzində gənclər siyasəti sahəsində 6, idman sahəsi üzrə 9 tədbir həyata keçirilmiş və 1100 yeniyetmə və gənc bu tədbirlərdə iştirak etmişdir.
Bu yarışlarda 150 nəfər idmançı iştirak etmiş, 16 qızıl, 4 gümüş və 8 bürünc olmaqla, 28 medal qazanılmışdır.
2019-cu il cənab Prezidentimiz tərəfindən “Nəsimi İli” elan edilmişdir. “Nəsimi İli” ilə əlaqədar rayon məktəblərində birinci rübdə çoxsaylı tədbirlər keçirilmişdir. Bu tədbirlər davam etdirilir.
Birinci rübdə əldə olunan uğurlar, möhtərəm Prezidentimizin apardığı uğurlu daxili və xarici siyasət, xüsusilə rayonumuza göstərilən yüksək diqqət və qayğı bizim hər birimizi daha da ruhlandırır.
Başlanılan bütün işləri biz uğurla davam etdirməliyik. Rayonumuzun inkişafını təmin etmək, əhalinin sosial problemlərinin tam şəkildə həllinə nail olmaq üçün hər birimiz daha səmərəli, daha məhsuldar işləməliyik. Hər bir vəzifəli şəxs üzərinə düşən məsuliyyəti düzgün dərk etməli, vətəndaşların müraciətlərinə diqqətlə yanaşmalı, üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə səy göstərməlidir. İnanırıq ki, bu belə də olacaqdır.
Biz rayonumuzun, ümumilikdə isə ölkəmizin daha da inkişafı və qüdrətlənməsi yolunda bundan sonra da var qüvvəmizlə çalışaraq, möhtərəm Prezidentimizin qarşımıza qoyduğu bütün vəzifələri uğurla həyata keçirəcəyik. Bu yolda hər birinizə müvəffəqiyyətlər arzulayıram.

Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi
Qobustan rayonu İcra hakimiyyəti başçısının 2019-cu ilin birinci rübünün yekunlarına dair hesabat məruzəsi






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930