bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bu il bəzi ixtisaslar üzrə rəqabət yüksək olacaq - VİDEO

22-07-2024, 08:26 1 dəfə baxılıb





Bu il bəzi ixtisaslar üzrə rəqabət yüksək olacaq.

Publika.az xəbər verir ki, ekspertlərin fikrincə, rəqabətin çox olduğu ixtisaslarda ballar artacaq.

Ekspert Elşən Qafarov deyib ki, son illər İKT ilə bağlı olan ixtisaslara tələbat artır, informasiya mühəndisliyi, kompüter mühəndisliyi ixtisaslarını seçənlər çoxalır. Rəqabət artdıqca, keçid ballarında da artım müşahidə olunur. Müəllimlərin işə qəbulunun şəffaf şəkildə keçirilməsi və stabil iş tapmaq imkanı olduğu üçün pedaqoji sahədə təhsil almaq istəyənlərin sayı da ildən-ilə artır və bu sahədə rəqabət yüksəlməkdədir.

Onun sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə aqrar və turizm infrastrukturunun qurulması gələcəkdə bu sahəyə də marağı artıracaq.

Amma ekspertlərin fikrincə, geologiya, mədən mühəndisliyi, metallurgiya, menecment kimi ixtisaslara isə tələbat çox deyil. Hətta bu fakültələrdə bəzən pulsuz plan yerləri belə dolmur.

Ətraflı süjetdə:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30