bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Mehriban Əliyevanın geosiyasi, ictimai-mədəni və humanitar diplomatiyada rolu

29-07-2024, 15:48 2 dəfə baxılıb




XXI əsrin birinci qərinəsi dünya mənzərəsi münaqişə, müharibə, COVID-19 pandemiyası, qlobal böhran, iqtisadi kataklizmlərlə tarixləşir. Bu qlobal çətinliklərlə mübarizədə gender amili də prioritetləşir. Avropa gender göstəricilərinə görə yenə öndədirsə, Asiyada da gender bərabərliyi ölkələrin siyasi xəritəsində “soyuq münaqişəyə” çevrilib. Bəzi ölkələrdə isə - Afrikada, yaxud da Cənubi Amerika idarəetməsində artıq cinslərarası seçim bərabərləşməsə də, genderşünaslıq elmi dilindən yanaşsaq, “Genderləşib”. Bu mənada Qərblə Şərq arasında körpü olan Azərbaycan da dünyanın “gender xəritəsində” öz önəmli tarixini yazır.

Müasir Azərbaycanda institusional mühiti, hakimiyyətdə və qanunvericilik sahəsində, eləcə də sosio-mədəni-iqtisadi istiqamətdə aparılan islahatların əsasında məhz hüquqi dövlət quruculuğu, idarəetmənin gəncləşərək təkmilləşməsi və müasirləşməsi strategiyası durur. Bu dəyişmələrdə görünən mənzərədə gender strategiyası da nəzəri cəlb edir. Bu baxımdan da 26 sentyabr 2016-cı ildə Azərbaycanda Konstitusiya dəyişiklikləri ilə bağlı keçirilən referenduma əsasən, dövlət və hakimiyyət idarəetmə sistemində yeni təsisat - Birinci vitse-prezidentlik institutunun yaradılması da nəzərdə tutulurdu. Müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli oldu.

2017-ci il 21 fevralda Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. İclasda Prezident İlham Əliyev Xanım Mehriban Əliyevanı təqdim edərək dedi: “Mehriban Əliyeva çox peşəkar, bilikli, təcrübəli, prinsipal, çox xeyirli bir insandır. Təsadüfi deyil ki, Azərbaycan xalqı ona böyük rəğbət və sevgi ilə yanaşır”.

Prezident İlham Əliyevin 2684 nömrəli Sərəncamı ilə Azərbaycanda ilk dəfə olaraq 21 fevral 2017-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti institutu təsis edildi və bu vəzifəyə ilk dəfə olaraq xanım Mehriban Əliyeva təyin olundu. Dövrün geosiyasi və sosio-mədəni tələbinə müvafiq dəyişikliklərin tərkib hissəsi olaraq Birinci vitse-prezident institutunun təsisçiliyi dövlətçilik sistemində ən yeni mərhələ oldu. Xanım Mehriban Əliyevanın Birinci vitse-prezidentliyə təyin olunması 1918-ci il AXC-nin qadınlara seçib-seçilmək hüququnun verilməsindən qaynaqlanan gender hüququnun davamı olaraq Ulu öndər Heydər Əliyevin Dövlət Qadın siyasətinin uğurla həyata keçirilməsi, Prezident İlham Əliyevin imzaladığı “Gender bərabərliyinin təminatı” Qanununun reallaşdırılması yönündə Azərbaycanda gender siyasəti tarixində yeni dövlət idarəçiliyi təsisatı oldu. Xanım Mehriban Əliyevanın istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə peşəkar işgüzarlığı, mövqeyi, təşkilatçılıq bacarığı, humanizmi onun Ulu öndər Heydər Əliyevin dövlətçilik institutunun istedadlı və təşəbbüskar yetirməsi olduğunun təsdiqidir. Elə bu kontekstdən də Xanım Mehriban Əliyeva vurğulayır ki: “Mən əminəm ki, vəzifədən aslı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”.

- Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin sabiq deputatı, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini, Alim, milli mədəni irsimizi dünyada tanıdan Xanım Mehriban Əliyevadır. Ölkənin Birinci vitse-prezidenti və birinci xanımı bütün keyfiyyətləri – mötəbər mövqeyi və nüfuzu ilə Azərbaycanın görkəmli Qadın Lideri, Ali statuslu Rəhbəridir.

Azərbaycan dövlətçilik tarixində müstəsna xidmətləri olan Birinci Vitse Prezident Mehriban xanımın avqust ayının 26-da 60 illik yubileyidir. Bu münasibətlə onu təbrik edir, daha da böyük uğurlara imza atmasını arzu edirik!



Dilqəm Məhərrəmov
Tibb elmləri namizədi, Baku Medical Plaza Medilux klinikası Plastik-rekonstruktiv cərrah






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30