bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Xankəndidən İrəvana qaçan bu şəxs Bakıdan əmr alır? - Ermənistanda qalmaqal

2-08-2024, 13:25 0 dəfə baxılıb






Ermənistanda Qarabağdan İrəvana qaçan separatçı Samvel Babayanın Bakıdan əmr aldığı iddiaları ətrafında qalmaqal yaranıb.

Publika.az xəbər verir ki, “Armeniannyus” saytı Babayanın əsas hədəfinin Qarabağdan Ermənistana qayıdan ermənilər arasında daxili düşmənçilik yaratmaq olduğu iddiası ilə çıxış edib.

Sayt iddia edir ki, Samvel Babayan Paşinyan hakimiyyəti ilə yaxından əməkdaşlıq edir.

“Onun planı (qondarma) “artsax”ın Ermənistanda fəliyyətinin qarşısını almaqdır. Bu məqsədlə daxili düşmənçilik yaradır. Babayan Azərbaycandan da sifarişlər alır və verilən əmrləri icra edir” - sayt yazır.

Bu iddialar sosial şəbəkələrin erməni seqmentində qalmaqallı müzakirələrə səbəb olub. Babayanın tərəfdarları belə iddiaların İrəvandakı digər separatçılar tərəfindən ortaya atıldığını yazır. Erməni istifadəçilərin bir qismi isə Babayanın Bakıdan əmr aldığı iddiasında həqiqət payının olduğunu hesab edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930