Haniyənin xələfi üçün DÜYMƏYƏ BASILDI: proses çox vaxt aparacaq
Fələstinin radikal "HƏMAS" hərəkatının Siyasi Büronun yeni rəhbərinin namizədliyinin müzakirəsi üç günlük matəmdən sonra başlayacaq və çox vaxt aparacaq.
Publika.az xəbər verir ki, bu barədə "RİA Novosti" hərəkatdakı mənbəyə istinadla məlumat yayıb.
“Məsələ bazar günü başa çatan üç günlük matəm bitdikdən sonra müzakirə olunacaq və bununla bağlı müzakirələr bir neçə gün çəkəcək”, - mənbə bildirib.
Haniyə 2017-ci ildən HƏMAS-ın siyasi lideri vəzifəsində çalışıb. O , iyulun 31-də səhər tezdən Tehranda dünyasını dəyişib. Bu, İsrailin hücumundan sonra baş verib.
Ehtimallara görə, HƏMAS siyasi büro rəhbərinin yerləşdiyi qonaq evi İsrail raketi ilə vurulub.