bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ukraynaya xəbərdarlıq: Bu iki ölkənin ittifaqı böyük təhlükə olacaq

6-08-2024, 14:47 0 dəfə baxılıb





Avropa İttifaqında parçalanma Avstriyada sağçı qüvvələrin hakimiyyətə gəlməsinə və onların Macarıstan nümayəndələri ilə əməkdaşlığına səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Bildirilir ki, söhbət Ukraynaya dəstək məsələlərində Aİ-də parçalanmadan gedir.

“Avstriyada qarşıdan gələn seçkilərdə ifrat sağçı qüvvələr favorit hesab olunur. Onlar Macarıstan lideri Viktor Orbanla ittifaq yaradıblar ki, bu da Avropa İttifaqında Kiyev məsələlərində onsuz da kövrək olan konsensusa təhlükə yarada bilər”, - “Reuters” qeyd edir.

Nəşrin müəllifinin sözlərinə görə, hazırda Avstriya öz neytral statusuna sadiqdir və Kiyev rejimini silahla təmin etmir. Digər məsələlərlə yanaşı, ölkə nümayəndələri hələ də Rusiya ilə işgüzar əlaqələr saxlayırlar. Məsələn, Aİ-nin təzyiqinə baxmayaraq, təbii qaz tədarük edirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031