Ukrayna Rusiyaya HÜCUM ETDİ: Bu ərazilər ələ keçirildi - Şiddətli döyüşlər gedir
Ukrayna silahlı qüvvələri Kursk vilayətində Sucan rayonunun Nikolayevo-Darino, Darino və Sverdlikovo yaşayış məntəqələrini ələ keçirib.
Publika.az xəbər verir ki, bu barədə UNİAN xəbər verir.
Məlumata görə, Ukrayna silahlı qüvvələri 38K-004 avtomobil yolu boyunca cənub-şərq istiqamətində nəzarət zonasını genişləndirə bilib.
Təsdiqlənməmiş məlumatlara görə, kənddə şiddətli döyüşlər davam edir. Həmçinin bildirilir ki, Ukrayna birləşmələrinin böyük konsentrasiyası Yunakovkada qeydə alınıb, oradan Basovka vasitəsilə Sverdlikovo və ya Qonçarovkaya doğru hərəkət edirlər.
Xatırladaq ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin məlumatına görə, avqustun 6-da səhər saatlarında Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinin ərazisini işğal etməyə cəhd edib. Məlumatı vilayət rəhbərinin səlahiyyətlərini icra edən Aleksey Smirnov da təsdiqləyib.