bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Dörd hərbçimizin zəhərlənərək öldüyü "İstisu" bulağı yenidən açılacaq?

8-08-2024, 08:52 2 dəfə baxılıb




Laçında dörd hərbçimizin həlak olduğu hövzənin yenidən fəaliyyəti barədə məsələyə aydınlıq gətirilib.

Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev bildirib ki, hazırda bu hövzənin istifadəyə verilməsi mümkünsüzdür:

"Daxili İşlər Nazirliyinin (DİN) rayon polis şöbəsinin əməkdaşları ilə birgə müvəqqəti olaraq qabaqlayıcı tədbir kimi həmən su ərazisinin ətrafı kustar üsullarla müvəqqəti olaraq qapadılıb. Hesab edirik ki, gələcəkdə su hövzəsinin faydaları qiymətləndiriləcək və insan sağlamlığı üçün zərərli olmadığı bir daha təsbit olunduğu halda aidiyyəti üzrə məruzə olunub razılaşdırılaraq istirahət mərkəzi və ya sanatoriya kimi formalaşdırılması məsələsinə baxılacaq".

Qeyd edək ki, iyulun 30-u Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən, ilkin ehtimala görə, zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930