Balakəndə dörd tona yaxın narkotik tərkibli bitkilər məhv edilib
Balakən Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının və Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçularının birgə keçirdikləri “Xaş-xaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, keçirilən tədbir zamanı Meşəşambul kəndi ərazisində yabanı halda bitən, ümumi çəkisi 3 ton 681 kiloqram olan 4022 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.