bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Qızmar istiyə görə 14 şəhərdə xəbərdarlıq elan edildi

11-08-2024, 17:35 0 dəfə baxılıb

Qızmar istiyə görə 14 şəhərdə xəbərdarlıq elan edildi



İtaliyada müşahidə edilən anomal istilərlə əlaqədar paytaxt Roma daxil olmaqla, 14 şəhər üçün “qırmızı” xəbərdarlıq elan olunub.

Publika.az xəbər verir ki, Səhiyyə Nazirliyi Roma, Bolzano, Breşia, Kampobasso, Florensiya, Frozinone, Genuya, Latina, Neapol, Palermo, Peruccia, Rieti, Verona və Viterbo şəhərlərində yüksək risk xəbərdarlığı edib. Əhaliyə istilərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edən nazirlik vətəndaşları gün ərzində saat 11:00-18:00 arası yüksək temperatura məruz qalmamağa çağırıb.

Bazar ertəsi günündən başlayaraq çərşənbə axşamına qədər paytaxt Romada havanın temperaturunun 40 dərəcəni ötəcəyi, bəzi regionlarda isə 45-48 dərəcəyə çatacağı gözlənilir.

Mütəxəssislər Mərkəzi-Cənubi Avropa üzərindəki antisiklondan qaynaqlanan anomal istilərin avqustun 15-dək davam edəcəyini bildiriblər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30