Yağıntılı hava nə vaxtadək davam edəcək?
Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Publika.az-a bildirib ki, öncədən verilən məlumata əsasən hazırda Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Oğuz, Qəbələ, Xaltan, Quba, Goranboy, Kürdəmir, Mingəçevir, Yevlaxda arabir yağış yağır, bəzi yerlərdə leysan xarakterlidir.
Ölkə ərazisində müşahidə olunan qeyri-sabit , fasilələrlə yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.