bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni "sürprizini" hazırlayır

14-09-2024, 10:21 0 dəfə baxılıb



"Pandemiya başlayandan bəri koronavirusun antigen portreti çox dəyişib".

Bu barədə Rusiyanın Fundamental və Translasiya Tibbi Federal Tədqiqat Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar Laboratoriyasının rəhbəri, virusologiya professoru Aleksandr Çepurnov bildirib.

"Əgər əhalinin əsas kütləsinin keçirdiyi xəstəliyi (ilkin variant, delta, omikronun ilk variantları) nəzərə alsaq, son iki ildən bir az artıq müddətdə o qədər mutasiya baş verib ki, virusun antigen portreti əvvəlkindən xeyli fərqlənir. Yeni variantlar, həmçinin bundan əvvəl vaksinasiya və ya xəstəliyi keçirməklə əldə edilmiş immunitetdən qaçma qabiliyyətinə malikdir", - deyə virusoloq bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində baş verən əsas dəyişiklik koronavirusun daha az patogen istiqamətdə dəyişməsidir.

"Yəqin ki, biz qripəbənzər vəziyyətə doğru irəliləyəcəyik və ya vaksinlərin yeni variantlarını sürətlə hazırlamağı öyrənəcəyik", - deyə professor sözlərini yekunlaşdırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930