bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Tələbələrə nəqliyyatda güzəştlər ediləcək? - RƏSMİ AÇIQLAMA

18-09-2024, 09:14 0 dəfə baxılıb



Tələbələrə nəqliyyatda güzəştlərin edilməsi ilə bağlı müəyyən qurumlara sorğular ünvanlanıb, danışıqlar aparılır.

Bu barədə cavab olaraq, Təhsilin İnkişafı Fondundan bildirilib.

"Amma hələ qəti bir nəticə yoxdur deyə, sırf nəqliyyatla bağlı nəsə demək tezdir. Onu demək olar ki, 150 min vahid tələbə kartı artıq sifariş verilib, universitetlərlə müqavilələr imzalanır, bu proses davam edir. Təxminən oktyabr ayının ortalarında kartlar tələbələrə veriləcək", - deyə əlavə edilib.

Qeyd edək ki, iyunun 27-də Davamlı İnkişaf Mərkəzində Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə “VISA” beynəlxalq ödəmə texnologiyaları şirkəti tərəfindən ali təhsil müəssisələrinin rəhbər heyəti üçün universitetlərdə vahid tələbə kartının yaradılması layihəsinin təqdimatı keçirilib. Yeni yaradılacaq tələbə kartlarının təhsilalanların dərsdənkənar fəaliyyətləri zamanı faydalana biləcəyi xüsusi imtiyazlara sahib olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30