bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ermənistanda dəhşət: morqlarda qalan 88 hərbçi kimdir? - 4 il sonra sirlər açılır

27-09-2024, 11:02 0 dəfə baxılıb



44 günlük müharibədə məhv edilən erməni hərbçilərindən 88-i hələ də dəfn olunmayıb.

Bu barədə “Joxovurd” qəzeti Ermənistan Səhiyyə Nazirliyinə istinadən yazır.

Qəzet qeyd edir ki, müharibədən 4 il keçsə də, 88 hərbçinin cəsədi hələ də müxtəlif morqlarda qalır: “Onların DNT-si müəyyən edilib, lakin dəfn olunmayıblar. Buna səbəb hərbçilərin validenylərinin DNT müayinəsinin nəticələrini qəbul etməkdən imtina etmələridir. Validenylər DNT identifikasiyasının məlumatlarının reallığa uyğun gəlmədiyini düşünürlər”.

Erməni hüquqşünas Taquhi Tovmasyan da bildirib ki, nəticələr reallığa uyğun deyil.

“Misal üçün, bir valideynə üç əl veriblər, deyirlər ki, bu üç əl sənin oğlunundur, götür basdır. Başqa bir valideynin oğlunun boyu 182 santimetr olub, oğlan 43 ölçülü ayaqqabı geyinib, lakin onlara 160 santimetr boyu olan insanın DNT İD-ni veriblər. Bəzi valideynlər var ki, övladları ilə bağlı nəhəng araşdırma aparıb, onların məlumatları ilə istintaqın məlumatları üst-üstə düşmür”, - o bildirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031