bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Koronavirusun yeni növü yayılır - VİDEO

2-10-2024, 09:05 0 dəfə baxılıb



Dünyada koronavirusun XEC adı verilən yeni növü yayılır. Variant ilk dəfə bu ilin iyununda Almaniyada aşkar edilib və o vaxtdan Böyük Britaniya, ABŞ, Danimarka və bir sıra digər ölkələrdə qeydə alınıb.

Xezerxeber.az-ın məlumatına görə, alimlər bu variantın yaxın gələcəkdə koronavirusun əsas növünə çevrilə biləcəyini iddia edirlər. Artıq qonşu Rusiyada da bu virusa yoluxma aşkarlanıb.

COVID-in yeni variantı xəstələrdə yüksək hərarət, bədən ağrıları, yorğunluq, öskürək və ya boğaz ağrısı ilə müşahidə olunur. Həkim infeksionist Vasif Əliyevin sözlərinə görə, şübhələr varsa, bu növün aşkarlanması üçün COVID-də olduğu kimi PCR testdən istiafədə edilir. Yeni növün müalicəsi COVID-ə qarşı aparılan müalicələrlə eynidir.

Mütəxəssislər bildiriblər ki, COVID-19-a qarşı istehsal edilmiş vaksinlər XEC-lə mübarizədə də effektivdir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2024    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031