bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Yeni Klinikada ilk dəfə laparoskopik histerektomiya əməliyyatı icra edilib

9-10-2024, 10:35 0 dəfə baxılıb



Yeni Klinikada ilk dəfə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində laparoskopik histerektomiya - minimal invaziv üsulla uşaqlıq və artımlarının çıxarılması əməliyyatı icra edilib.

Tibb müəssisəsinə qanaxma ilə müraciət edən 48 yaşlı pasiyentin diaqnostik müayinəsi zamanı endometrial hiperplaziya diaqnozu qoyulub və dərhal cərrahi əməliyyata qərar verilib.

Əməliyyat cərrah-ginekoloqlar, uzman həkimlər - Nəzrin Məmmədova və Sevinc Məmmədova tərəfindən uğurla icra edilib.

Qeyd edək ki, endometrial hiperplaziya uşaqlığın daxili təbəqəsinin qalınlığının normadan artıq miqdarda olmasıdır. Menopauzadan sonrakı dövrdə qadınlarda endometrium qalınlığının artması endometrium xərçəngi üçün risk daşıyır.

Məlumat üçün bildirək ki, laparoskopik əməliyyat zamanı ənənəvi cərrahi üsullardan fərqli olaraq daha kiçik ölçülü kəsiklər açıldığı üçün pasiyentin reabilitasiya dövrü daha sürətli və asan olur.

Laparoskopik əməliyyatlar daha az travmalı olduğundan xəstəxanada yatış müddəti azalır, eyni zamanda əməliyyatdan sonra bədəndə kobud kəsik, çapıq və s. izlər qalmır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930