bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Naxçıvanda əhali arasında vaksinasiya aparılır

26-10-2024, 13:45 0 dəfə baxılıb



Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin iş planına uyğun olaraq, payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının yayılma riski artdığı üçün əhali arasında qripə qarşı vaksinasiya aparılır.

Nazirliyin mətbuat xidmətindən bildirilib ki, bu vaksinasiya xüsusilə risk qrupları üçün - 65 yaşdan yuxarı şəxslər, 6 aydan yuxarı uşaqlar, xroniki xəstəliyi olanlar və əsasən səhiyyə işçiləri üçün tövsiyə edilir. Çünki bu qruplar qrip virusuna yoluxduqda daha ciddi fəsadlarla üzləşmə ehtimalı yüksəkdir.

Mütəxəssislər də əhalini vaksinasiyaya qatılmağa çağırır, çünki peyvənd olunmaqla infeksiyanın yayılma riski əhəmiyyətli dərəcədə azala bilər. Peyvənd olmaq istəyən şəxslər yaşadıqları ərazi üzrə uşaq və böyüklərə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrinə müraciət edə bilərlər.

Qeyd edək ki, qrip əleyhinə peyvəndləmə könüllülük əsasında aparılır.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930