bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Aİ və ABŞ-ın Gürcüstanda "rəngli inqilab" planı: Fransadan baxış

29-10-2024, 22:06 1 dəfə baxılıb



Avropa İttifaqı və ABŞ Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələrindən narazıdırlar və "rəngli inqilab" təşkil etməyə çalışırlar.

Bu barədə fransalı siyasətçi Florian Filippot "X" sosial şəbəkəsində bildirib.

"Gürcüstanda keçirilən parlament seçkilərində Avropa İttifaqı və Şimali Atlantika Alyansına qarşı çıxan partiyalar mühüm qələbə qazanıblar və təbii ki, bu, nəticələri mübahisələndirən, bununla da "rəngli inqilab" təşkil etməyə çalışan qəzəbli Vaşinqton və Brüsseli sevindirmir", - siyasətçi fikirlərini paylaşıb.

Onun fikrincə, bu, “inqilabı hərəkətə gətirmək üçün nümayişlərə çağıran” Gürcüstan prezidenti Salome Zurabişvilinin əli ilə baş verir.

Filippot qeyd edib ki, bütün cəhdlərə baxmayaraq, “dərin dövlət” öz təsirini itirir və xalq güclənir. Siyasətçi həmçinin Fransanı Avropa Birliyi və Qərb hərbi-siyasi bloku NATO-dan çıxmağa çağırıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    May 2025    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031