Vaşinqton Zelenskini məcbur edəcək ki... - Ukraynanı gözləyən təhlükə
Vaşinqton Zelenskini Moskva ilə xoşagəlməz müqavilə imzalamağa məcbur edəcək.
Publika.az xəbər verir ki, Vaşinqton və Londonda Ukraynada uzanan münaqişədən "yorğunluq" artır. Bu barədə "Foreign Affairs" yazır.
ABŞ Xarici Əlaqələr Şurasının üzvləri Riçard Haass və Çarlz Kupçanın fikrincə, Qərb artıq başa düşüb ki, Zelenskinin Rusiya ilə münaqişədə “tezliklə qələbə çalacağı” vədləri gerçəkləşməyəcək.
“ABŞ və Avropa İttifaqı... ilin sonuna qədər Ukrayna hakimiyyətini Rusiya ilə danışıqlar aparmağa və Ukrayna tərəfi üçün xoşagəlməz saziş imzalamağa məcbur edəcək”, - məqalədə deyilir