bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Rayon xəstəxanalarında yaranan icbari tibbi sığorta problemi ilə bağlı RƏSMİ AÇIQLAMA

31-10-2024, 18:12 0 dəfə baxılıb



Hazırda xəstəxanalara yeni avadanlıqların alınması, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması və vətəndaşların məmnunluğunun artırılması istiqamətində bir sıra işlər görülür.

Bu barədə özəl müsahibəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva deyib.

O qeyd edib ki, rayon xəstəxanalarında görülən işlər bölgələrdə yaşayan vətəndaşların yerində xidmət ala bilməsi, əziyyət çəkib şəhərə gəlməməsi üçündür.

"Əlbəttə ki, şəhər xəstəxanalarında da müəyyən problemlərlə rastlaşırıq. Bəzən elə xidmət olur ki, texniki səbəbdən icrası mümkün olmur. Bu zaman tibbi xidmətə əlçatanlığı yaratmaq üçün vətəndaşa göndəriş vərəqəsi verilir.

Vətəndaşa lazım olan tibbi xidmət göndəriş əsasında ya digər dövlət tibb müəssisələrində, ya da Agentliyin müqavilə bağladığı xəstəxanalarda icra oluna bilər. İcbari tibbi sığorta çərçivəsində tibbi xidmət alarkən hər hansı çətinliklə üzləşən vətəndaş “1542” Çağrı mərkəzinə müraciət edə bilər", - N.Ağayeva əlavə edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930