COP29 günlərində maşınlar şəhərə xüsusi postlardan fasilələrlə buraxılacaq
Bakı-Salyan yolundan şəhərə daxil olan maşınlar Şıxov istiqamətində Lökbatan dairəsi yaxınlığında qurulacaq nəzarət postundan Bakı kənar dairəvi yoluna yönəldiləcək.
Badamdar istiqamətinə keçid açıq olacaq, Yasamal və “Şamaxinka” kimi tanınan ərazilərə giriş isə yalnız müəyyən fasilələrlə təmin olunacaq.
Əsas nəqliyyat axını isə Biləcəri, Avtovağzal və Sumqayıt istiqamətlərinə yönəldiləcək.
Şamaxı-İsmayıllı istiqamətindən gələn nəqliyyat vasitələri Müşfiq-Xocəsən yolundakı postlardan nisbətən məhdudiyyətlərlə “Şamaxinka” istiqamətinə və Ziya Bünyadov prospektinə buraxılacaqlar.
Quba-Sumqayıt istiqamətindən gələn maşınlar Sumqayıtın girişindəki postdan fasilələrlə buraxılacaq.
Sumqayıt-Novxanı istiqamətindən gələn maşınlar isə Binəqədi-Baksol yolundakı nəzarət postundan fasilələrlə keçə biləcəklər.