bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Bakının vacib yollarından biri bağlanır: DYP əhaliyə MÜRACİƏT etdi - YENİLƏNİB

2-11-2022, 15:54 18 dəfə baxılıb

Bakının vacib yollarından biri bağlanır: DYP əhaliyə MÜRACİƏT etdi - YENİLƏNİB



"Bakıda təmir olunan yoldan maksimum dərəcədə az istifadə edilsin”.

Bunu Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib.

"Bildiyiniz kimi, bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun "Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq. Buna səbəb aparılacaq təmir işləridir.

Qeyd etmək istəyirəm ki, Binəqədi-"Baksol” yolundan Ziya Bünyadov prospektinə çıxış hissəsi avtomobillərin sıx hərəkət etdiyi ərazidir. Sürücülər bunları nəzərə alaraq həmin ərazidə nəqliyyat vasitələrindən maksimum dərəcədə az istifadə etsinlər”, - DYP rəsmisi vurğulayıb.

09:52

Bu gündən başlayaraq sabah saat 22:00-a qədər Bakının Binəqədi rayonunun "Baksol” yolunda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

"Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata görə, buna səbəb aparılacaq təmir işləridir.

Agentlik sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2024    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30