bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

DYP-dən yük maşını sürücülərinin iradlarına CAVAB

28-11-2022, 14:37 19 dəfə baxılıb

DYP-dən yük maşını sürücülərinin iradlarına CAVAB



Yük maşınlarının şəhərə girişi ilə bağlı müəyyən olunmuş saatlar çərçivəsində qadağalar nəqliyyatın sıxlığının aradan qaldırılmasına müsbət mənada töhfə verir. Əsas məsələ şəhər daxili yollarda avtomobillərin fasiləsiz hərəkətinin təmin edilməsidir.

Lakin bəzən minik avtomobillərinin sürücüləri iddia edirlər ki, axşam saatlarında da yük maşınları yolda hərəkət zolaqları üzrə mövcud tələbləri pozurlar. Hərəkət iştirakçıları yük maşınlarının öz zolaqları ilə hərəkət etməməsindən narazıdır.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, bununla bağlı dövlət tərəfindən yollarda hərəkətin təhlükəsizliyi və fasiləsizliyinin təmin edilməsi üçün zəruri addımlar atılır:

“Yük maşınlarının günün müəyyən edilmiş saatlarında şəhərə girişi qadağan edilib. Misal üçün, yük maşını yolun hərəkət istiqamətində nasaz vəziyyətdə qaldıqda digər nəqliyyat vasitələrinə nisbətən onları yolun hərəkət istiqamətindən kənarlaşdırmaq, ümumiyyətlə ərazidən çıxarmaq çox çətin və zaman aparan prosesdir, əlavə olaraq yolların yüklənməsi baxımından da bu növ nəqliyyat vasitələri əhəmiyyətli dərəcədə rol oynayır. Bu baxımdan, Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının şəhərə daxil olan yük avtomobilləri üçün hərəkət qrafiki qaydaları qəbul edilib. Belə ki, çəkisi 8 tondan çox olan yük maşınlarına şəhərə giriş saat 22:00-dan 08:00-a qədər təyin edilib. Eyni zamanda yanacaqdaşıyan yük maşınlarına isə qadağa saat 00:00-dan 06:00-a qədər nəzərdə tutulub. Ümumiyyətlə yük avtomobillərinin yollarda gecə saatlarında hərəkət etmələri dünya praktikasında qəbuledilən məsələdir”.

A.Əsgərli yük maşınlarının sürücülərinin də digər hərəkət iştirakçılarından şikayətçi olduğunu deyib:

“Bizə yük maşınlarını idarə edən sürücülərdən də şikayətlər gəlir. Yük maşını idarə edən sürücülərin ən çox şikayəti nəhəng şirkətlərdən və mal tədarük edən firmalardandır. Məsələ budur ki, şirkətlər gecə saatlarında çalışan əməkdaşlar ayırmaqdan imtina etdikləri üçün yük maşını sürücüləri təhvil-təslim məsələsində çətinliklər yaşayırlar. Yük maşını idarəedən sürücülər deyirlər ki, dövlət tərəfindən nəqliyyat sistemində hərəkətin stabil tənzimlənməsi üçün verdiyi qərara hörmətlə yanaşırlar, lakin bu qərardan irəli gələn tələbləri çalışdıqları nəhəng şirkətlər, mal tədarük edən firmalar da nəzərə almalıdırlar. Aidiyyəti üzrə mal tədarükü həyata keçirən fiziki və hüquqi şəxslərin də qoyulan qaydalara əməl etmələri, xüsusilə bölgələrdən şəhərə gələn yük maşınları tərəfindən daşınan məhsulların təhvil-təslim prosesini müvafiq zamanda həyata keçirmələrini tövsiyə edirik”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930