bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Əliyev hər şeyi hesablayıb, İrəvan qərar gözləyir - Tarasov

16-11-2024, 15:45 0 dəfə baxılıb



Qafqazda ilk dəfə iqlimlə bağlı beynəlxalq konfrans keçirilir, bu, Azərbaycanın siyasi və diplomatik gücünə dəlalət edir. Yəni hazırda regionda Bakının mövqeyi daha güclüdür.

Bunu rusiyalı ekspert Stanislav Tarasov deyib.

O, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın COP29-da iştirak üçün Bakıya səfərinin gözlənildiyini, lakin bunun baş tutmadığını bildirib:

“Mirzoyan Azərbaycana yox, konfransın açılışı günü İsveçə getdi. İndi ABŞ-da da Donald Tramp prezident seçilib. Lakin o, hakimiyyətə gəldikdən sonra əsas gündəmi Qafqaz olmayacaq. Tramp üçün prioritet Ukrayna müharibəsi, Avropa və Yaxın Şərqdir, Qafqaz sonda gəlir. Hazırkı prosesə əsasən amerikalıların regiondan geri çəkiləcəyini demək olar.

Ermənilər hər zaman olduğu kimi, yenə doğru qərar verməkdə gecikdilər. Bakı İrəvandan 2-3 addım irəlidədir. Çünki Azərbaycan Prezidenti İlham Əliyev bütün bu prosesləri detallı şəkildə hesablayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan isə Fransa Prezidenti Emmanuel Makronun qərarlarını gözləyir. İrəvan anlamır ki, Avropa hazırda böhran içindədir, ermənilərə nə faydası ola bilər?”

Tarasov Rusiya Gürcüstanın Azərbaycan və Ermənistan arasında vasitəçilik təklifini dəstəklədiyini bildirib:

“Moskva özü də Tiflisə deyir ki, hərəkətə keçsin. Donald Trampın çevrəsindən sızan məlumatlara görə, ABŞ Qafqazı tərk edəcək, buranı Rusiyaya buraxacaq. Lakin Moskva bunu istəmir. Biz Gürcüstan, Ermənistan, yaxud başqa ölkə ilə əlaqədar olmaq istəmirik. Qafqaz Rusiya üçün gərginlik mənbəyi olmamalıdır. Bu regionda sakitlik bizim üçün vacibdir. Bakı və İrəvan arasında sülh müqaviləsinin də yaxın günlərdə deyil, təxminən yazda imlanacağını düşünürəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930